Ramazan ayının otuzuncı gününün duasının qısa izahı

24 November 2024

12:04

۲۴۶

Xəbərin xülasəsi :
İlahi! Ağamız Muhəmməd (sallahu əleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) xatir, bu gün mənim orucumu qəbul edib elə mükafatlandır ki, Sən və Sənin Rəsulun bəyənib razı olasız, onun furu və şaxələrini usul və kökü ilə möhkəmləndir; Həmdü-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının otuzuncı gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ بِالشُّكْرِ وَ الْقَبُولِ عَلَى مَا تَرْضَاهُ وَ يَرْضَاهُ الرَّسُولُ مُحْكَمَةً فُرُوعُهُ بِالْأُصُولِ بِحَقِّ سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Əllahumməc`əl siyami fihi biş-şukri vəl qəbuli əla ma tər­zahu və yərzahur-rəsulu, muh­kəmətən furuuhu bil usuli, bihəqqi səyyidina Muhəm­­din və alihit-tahirinə, vəl həmdu lillahi Rabbil aləmin.

“İlahi! Ağamız Muhəmməd (sallahu əleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) xatir, bu gün mənim orucumu qəbul edib elə mükafatlandır ki, Sən və Sənin Rəsulun bəyənib razı olasız, onun furu və şaxələrini usul və kökü ilə möhkəmləndir; Həmdü-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Duanın əsas kəlmə və ifadələri:

Orucun qəbulolma istəyi; orucun furu və usulu; Əhli-Beyt əleyhimussəlamın boynumuzda olan haqqı; Allah-taalanın həmdü-sənası.

Duanın möminlərə sifariş və tövsiyələri:

1-Hər itaətin dəyəri onun məqbul olması ilədir. Orucun səhih olması zahirdə bir sıra şəriət qanunlarına riayət etməklədir. Yeməkdən, içməkdən və s. özünü saxlamaq orucun səhih olması şərtidir. Amma onun qəbul olması, pak və xalis niyyətə, Allah qarşısında layiqli bəndəlik etməyə və s. bağlıdır;

2-Orucun əsası və həqiqəti zahirdə yerinə yetirilən əməllər ilə əlaqəlidir. Misal ilə fikrimi aydın çatdırım; Budaqda olan meyvə ağacın kökü ilə rabitəlidir. Bu meyvə qaldıqca şirinləşir. Amma budaq sınsa və ağacın kökü ilə əlaqəsi kəsilsə, qısa müddətdən sonra meyvə quruyub yararsız olacaq. Namaz və orucumuz da əgər möhkəm əqidə və yəqinə əsaslansa, o oruc insan üçün qalacaq. Lakin ibadətimiz şəkk əsasında olsa və Usuli-dinin əsaslarına söykənməsə o əməl aradan gedəcık.

3-Həzrət Əmir əleyhissəlam: Xalq boynunda bizim haqqımız budur ki, söslərimiz  itaət olunsun və bizə məhəbbət edilsin, bizim boynumuzda xalqın haqqı odur ki, Allah-taaladan onlar üçün xeyirli və layiqli mükafat istəyək; (Təsnifu ğurəril-hikəm, səh.11)

4-Həmdü-səna mütləq qəni və möhtac olmayan Allah-taalaya məxsusdur; bütün məxluqatın həyatının davamı anbaan və fasiləsiz Allah tərəfindən olan feyz və inayətə möhtacdır.

 İlahi! Hərçənd nöqsan və eyibsiz deyil, amma Sənin mərhəmətinə ümid edərək, bu bir ay tutduğumuz orucun müqabilində möminlərin günahlarının bağışlanmasını istəyirik, Öz ibadətinin ləzzətini möminlərə dadızdır, oruc və namazlarını onların axirət azuqələrindən et, onları Quran və Rəsuləllahın (sallallahu əleyhi və alih) Əhli-Beytindən ayırma, möminlərə və onların əzizlərinə Əhli-Beytin (əleyhimussəlam) şəfaətini nəsib et, həzrət Sahib əz-zaman əleyhissəlamı onlardan razı et, o həzrətin xeyir və dualarını möminlərə və bütün əzizlərinə şamil et; Amin, ya Rabbəl aləmin!


Etiketlər :

Ramazan ayının otuzuncı gününün duasının qısa izahı