“Təthir” ayəsinin təfsiri

19 April 2024

03:42

۲۳۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasını göstərən ən yaxşı dəlil onun "Cəməl" hadisəsində Ayişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasını sübut edir və göstərir ki, o, çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız İslam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqa arxa duran, müsəlmanlara ürəyi yanan bir qadındır. O, həmin məktubda Ayişəyə yazır: 

اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص) وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَ حُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ 

"Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni təyin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qurani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyutikunnə" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpa olunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!"[1]

AYİŞƏ VƏ ZEYD İBNİ SUHANIN MƏKTUBLAŞMASI

İkincisi, Zeyd ibni Suhanın Ayişəyə yazdığı cavab məktubudur.

Səsəənin qardaşı və "tabeinin"[2] tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin[3] tərəfindən öldürülmüşdür.

Ayişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:

مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ

"Allah Rəsulunun sevimlisi Ayişə Ümmül-möminindən onun sədaqətli övladı Zeyd ibni Suhana.

Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa, camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)

ZEYDİN CAVABI

اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَالاَ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك

"Ey Ayişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."

Zeydin Ayişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayişə o vaxt "möminlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "möminləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.

Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Ayişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.

(ardını izləyin)




[1] Nəhcül bəlağə nin şərhi, (İbni Əbil Hədid), 6-cı cild səh.219

[2] Tabein o şəxslərə deyilir ki, Peyğəmbəri görəməyiblər, lakin onun əshablarını görüblər.

[3] Əhd-peyman sındırıb Ayişə, Təlhə və Zübeyrin rəhbərliyi ilə Əli (ə)-ın əleyhinə qiyam edənlər.


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından