Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

24 November 2024

09:33

۲۶۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il, zil-qə`də ayının 1-i, miladi 2022-ci il iyunun 1-i həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

Hicri-qəməri 1443-cü il, zil-qə`də ayının 1-i, miladi 2022-ci il iyunun 1-i həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı  Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür. O həzrətin əziz atası həzrət imam Musayi-Kazim əleyhissəlam və mehriban anası həzrət Nəcmə Xatun, həzrət imam Rza əleyhissəlamın anası olmuşdur. 

Zil-qə`də ayının 1-dən 11-nə qədər olan tarix həzrət Fatimeə-Məsumənin (əleyhasəlam) və həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) mübarək təvllüd günləri ilə müsadif olduğu üçün “Əhli-Beyt əleyhimussəlamın kəramət günləri” olaraq adlandırılıb. 

Bu iki mövlud münasibəti ilə zil-qə`də ayının 1-dən 11-nə qədər  olan tarixdə Əhli-Beyt əleyhimussəlamın davamçıları tərəfindən “Kəramət günləri” və ya “Kəramət ongünlüyü” ünvanı ilə qeyd edilir və həmçinin, zil-qə`də ayının 1-ni təqvimdə “Qızlar günü” də adlandırırlar. Bu sevindirici münasibət səbəbi ilə bütün mömin bacı və qardaşlara təbrik deyir, müsəlman ailələrinə şadlıq və səadət arzulayırıq. 


Etiketlər :

Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü