Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı
24 November 2024
08:54
۳۶۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı
Zil-qədə ayı Allah-taalanın
müqəddəs Quranda qeyd etdiyi haram, yəni hörməti xüsusilə qorunub saxlanılan aylardandır.
Seyid ibn Tavus bir hədisdə nəql edir ki, zil-qədə ayı çətinliklərdə
duaların qəbul olan vaxtıdır. Bu ayın bazar günü üçün həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çox fəzilətli bir namaz nəql
olunmuşdur.
Zil-qədə ayının bazar günlərində
(yəni heç olmasa bir bazar günündə) bu namazı qılmağı unutmayın və öz
dostlarınızı da o namazı yerinə yetirməyə tövsiyə edin. Böyük şəxsiyyətlər
“Tövbə namazı” adlanan bu namazın qılınmasına cox təkid etmişlər. Həqiqətdə, bu
namaz ilin digər günlərində "rəca`" (qəbul edilməsinə ümidvar olmaq)
niyyəti ilə qılına bilər, amma zil-qədə ayının bazar günlərində bu namaza daha
çox diqqət edilir.
Bu namazın qılınmasına əxlaq
alimləri xüsusi əhəmiyyətlə yanaşmış və yerinə yetirilməsinə dair göstəriş
vermiş və bütün ibadət çillələrini onunla başlamışlar.
Hər kəs bu namazı qılsa tövbəsi qəbul olar,
günahları bağışlanar. Qiyamət günü düşmənləri onunla düşmənlikdən çəkinər və boynunda
“həqqul-nas” olan insanın tələbkarlarını ondan razı edər, ömrünü imanla başa vurar və imanla
dünyadan gedər, dindən çıxmaz, qəbri geniş və nurani
olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideynlərinə və övladlarına da
qismət olar, ruzisi artar, Əzrail onun canını alan
zaman onunla müdara edər və asanlıqla canını tapşırar.
Namazın yerinə yetirilmə
qaydası:
Zil-qədə ayının (hər hansı)
bazar günü (tövbə niyyəti ilə) “qüsl” edilir, sonra “tövbə namazı” niyyətilə
dörd rəkət (iki dəfə iki rəkətli) namaz yerinə yetirilir. Hər rəkətdə "Həmd"
surəsindən sonra üç dəfə "Tövhid" (Qul huvəllah) və bir dəfə "Muəvvəzətəyn"
(Fələq və Nas) surələri oxunur.
İkinci namazın salamından
sonra yetmiş dəfə: "əstəğfurullahə Rabbi"-deyə, istiğfar edilir
(Allahdan bağışlanmaq istənilir), sonda isə "Lə həvlə və lə quvvətə illə
billəhil-Əliyyil Əzim" zikri deyilir. (Bəzi böyük şəxsiyyətlərin göstərişində "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil
Əzim" zikrinin yeddi dəfə deyilməsi göstərilir, belə nəzərə çatır ki, bu
tövsiyə daha doğru və səhihdir).
Nəhayət sonda belə deyilir:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
"Ya Əzizu, ya Ğəffar,
iğfirli zunubi və zunubə cəmiil-mu`mininə vəl mu`minati, fə innəhu lə yəğfiruz-zunubə
illə əntə.”
Bu namazın qılınmasında diqqəti
cəlb edən bir məsələ, "Həqqun-nas" barəsində olunan bəhsdir. Namazın
izahında deyildiyi kimi, Qiyamət günündə tələbkarlar ondan razı qalacaqlar.
(İnsan boynunda olan “həqqun-nas”ı (xalqın haqqını) qaytarmaq üçün cox
çalışmalıdır. Əgər borclu olduğu şəxsi tapmasa, ya borcunu qaytaracağı halda
daha böyük fəsadın baş vermə ehtimalı olsa, o şəxsin tərəfindən sədəqə versin,
ya Allahdan onun günahlarının bağışlanmasını istəsin, ya onun niyyəti ilə ehsan
etsin və s. Lakin mümkündür bəzən insan özü də bilmədən boynunda həqqun-nas (xalqın
haqqı) qalsın, belə olan halda bu namazın köməkliyi ilə Qiyamət günü tələbkar şəxs
öz haqqından keçəcək və insanı halal edecəkdir. Əlbəttə, qeyd edirik ki,
insanın qəflətdə və xəbərsiz olduğu haqqlar bağışlanar. Amma haqqın boynunda olduğunu
bilib, haqq sahiblərini tanıdığı halda onları mütləq gərək, ya bu dünyada əda
etsin, ya da onlardan halallıq istəsin.)
Mərhum Şeyx Abbas Qumi “Məfatihul-cinan”
kitabında belə deyir: Hər kim haram ayların birində
üç gün ardıcıl olaraq; dördüncü, beşinci və
altıncı günlərdə oruc tutsa, doqquz yüz ilin ibadətinin savabı ona verilər. Əli
ibn İbrahim Qumi buyurur ki, haram aylarda günahların əzabı iki bərabər olduğu kimi xeyir və yaxşı əməllərin də savabı artir.
Allah-taala möminlərin dualarını qəbul etsin, günahlarını bağışlasın, onlara, ailə üzvləri ilə birgə izzət, hörmət və səadətli həyat nəsib etsin, Amin!