“Təthir” ayəsinin təfsiri

24 November 2024

08:57

۲۹۱

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından(ardı)
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

ƏDƏBİ BİR İNCƏLİK

Bütün dəlillər Əliyyibni Əbitalib (əleyhissalam)-ın kəlamında da riayət olunmuş bir ədəbi incəliyə əsaslanır. Həzrətin buyurduğu "nəhnu əhəqqu bihazəl-əmr" (yəni "biz xilafətə mühacir və ənsardan artıq ləyaqətliyik") cümləsi mübtəda və xəbərdən təşkil olunmuşdur. Amma mübtəda və xəbərin arasında "Əhləl-beyt" kəlməsi zikr olunur. Bu kəlmə Əli (əleyhissalam)-ın ifadəsində (fəthə ilə) gəlib. Əgər fəthə ilə olarsa, ərəb dilində "ixtisaslaşdırmaq", "məxsus olmaq" mənasını daşıyır. Bununla da "innəma yuridullah" ayəsinə işarə edir, çünki, elə bu ayədə də "Əhləl-beyt" kəlməsi fəthə ilədir və məxsus şəxslərin nəzərdə tutulduğunu çatdırır.

Məsələn, "nəhnu məaşirəl-ənbiyai la nuvərrisu" cümləsində "məaşirəl" kəlməsi bu hökmün yalnız peyğəmbərlərə həsr olunduğunu göstərir. Deməli, Əli (əleyhissalam)-ın kəlamının məfhumu budur ki, "rəhbərlik və xilafət məqamına yalnız və yalnız biz Əhli-beyt(əleyhimussalam) layiqik və bu məqam yalnız bizim üçün nəzərdə tutulub."

 Həzrət Əli (əleyhissalam) Peyğəmbərdən sonra öz xilafətinin labüd və qaçılmaz məsələ olduğunu göstərən bu qədər fəzilətlər, kəsərli və danılmaz dəlillərlə yanaşı, Əbu Übeydə özünün məntiqsiz sözü ilə başqalarının xilafətə layiq olmasından dəm vuraraq dəlil-sübut gətirməyə çalışanda, o həzrət saxta və üzdəniraq məşvərət şurası müqabilində yalnız şərif ayəyə işarə edir. Ayə bu məsələyə o qədər aydın şəkildə dəlalət edir ki, hətta Bəşir ibni Süleyman deyirdi: "Əgər Əli bunları bir az tez desəydi, ənsardan heç kəs onunla müxalifət etməz, yekdilliklə "Əli müsəlmanların rəhbəridir" deyərdilər."

2-ŞURA

Seyyid Haşim Bəhrani hicri tarixi ilə 11-ci əsrin sonu və ya 12-ci əsrin əvvəllərində yaşamış böyük alimlərdən və mühəddislərdən biridir. O, çoxlu kitab, o cümlədən məşhur "Əl-Burhan" təfsirini yazmışdır. Həmin kitabın 265-ci səhifəsində mötəbər sənədlə İbni Babəveyh Qumidən, o da Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın böyük səhabələrindən biri olan Amir ibni Vailədən bir rəvayət nəql edir. Həmin rəvayətdə aşağıdakı cümlələr gözə dəyir:

ثُمَّ ذَكَرَ ماَ احْتَجَّ بِهِ عَليَ اَهْلِ الشُّوريَ فَقاَلَ فِي ذلِكَ: نَشَدْتُكُمْ بِاللهِ هَلْ فِيكُمْ اَحَدٌ اَنْزَلَ اللهُ فِيهِ أيَةَ التَّطْهِيرِ عَليَ رَسُولِ اللهِ: اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ... قاَلُوا اللّهُمَّ لاَ 

"Sonra Həzrət Əli müsəlmanların rəhbəri olmağa yalnız özünün ləyaqətli olduğunu isbat etməyə başladı. O, şura iştirakçılarını Allaha and verib soruşdu: "Sizin içinizdə elə bir adam varmı ki, "İnnəma yuridullah" ayəsi ("Təthir" ayəsi) onun barəsində nazil olmuş olsun?!"[1]

Şurada iştirak edənlərin hamısı "Allaha and olsun ki, yox!"-deyə cavab verdilər. (Yəni "Təthir" ayəsi ancaq Əhli-beyt(əleyhimussalam) haqqındadır.)

Deməli, Həzrəti Əli iki dəfə, özü də ən həssas anlarda özünün rəhbərliyə layiq olmasını "Təthir" ayəsinə istinadən sübut etmiş və aydınlaşdırmışdır ki, bu ayə müsəmanlara rəhbərliyi, imamət vəzifəsini təyin edir və müsəlmanlara yalnız bu ayənin bəyan etdiyi şəxs rəhbər ola bilər.

O anlardan birincisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfat edəndən sonra və xəlifə seçkisi üçün rəqabət yaranan zaman idi. (Belə ki, ayənin nazil olmasından hələ çox keçməmişdi.)[2]

İkincisi isə, Ömərin, özündən sonra xəlifə seçməyi altı nəfərlik şuranın öhdəsinə qoyduğu vaxt. Bu zaman yenə də çox ustalıqla hiylə işlədib Həzrət Əlini, özünün danılmaz haqqından məhrum etdilər. Bu şura təşkil olunan zaman Peyğəmbərin vəfatından təqribən 13 il, "Təthir" ayəsinin nazil olmasından isə 13 il və bir neçə ay keçmişdi. İmam Əli (əleyhissalam) əvvəldə buyurduğu sözünü burada da təkrar etdi, ona istinadən həqiqi xəlifəni təqdim edərək onun özündən başqa heç kəsin bu müqəddəs məqama, həssas vəzifəyə seçilməyə ləyaqəti olmadığını aydınlaşdırdı.

3-İMAM HƏSƏN (əleyhissalam) VƏ "TƏTHİR" AYƏSİ

İmam Həsən (əleyhissalam) xilafətə çatandan sonra müsəlmanlara xitab edərək buyurdu:

اَيّهاَ النّاَسُ مَنْ عَرَفَنِي فَقَدْ عَرَفَنِي¨ وَ مَنْ لَمْ يَعْرِفْنِي فَاَناَ الْحَسَنُ بْنُ مُحَمَّدٍ اَناَ بْنُ الْبَشِيرِ اَناَ بْنُ النَّذِيرِ اَنَا بنُ الّداَعِي اِلي اللهِ عَزَّ وَ جَلَّ بِاِذنِهِ اَنَا بْنُ السِّراَجِ الْمُنِيرِ وَ اَنَا مِنْ اَهْلِ الْبَيْتِ الَّذِينَ اَذْهَبَ اللهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيرًا 

"Ey camaat! Hər kəs məni tanıyırsa tanıyır, tanımırsa bilsin ki, mən Həsənəm, xalqı ilahi nemətlərə müjdə verən, ilahi əzabdan qorxudan Peyğəmbərin"Mühəmmədin, Allahın elçisinin oğluyam. Halbuki onun müqəddəs vücudu qəlblərə nur saçardı. Ey camaat! Mən Allahın, hər növ zahiri və batini çirkinliklərdən təmizləyib, pak ruh, səfa-səmimiyyətlə dolu olan qəlb bağışladığı Əhli-beytdənəm."[3]

Göründüyü kimi, İslamın ikinci rəhbəri"İmam Həsən (əleyhissalam) nəcabətli nəsildən olmasından əlavə, rəhbərliyə təkcə özünün layiq olmasını "Təthir" ayəsi ilə sübut edir. Əgər bu ayə İslam rəhbərlərinin şəxsiyyətini təyin etməsəydi, İmam Həsən (əleyhissalam)-ın öz rəhbərliyi haqqındakı söhbətində bu ayəyə istinad edərək onu dəlil gətirməsinin mənası olmazdı.

Bəli, bu canlı şahidlər Əhli-beytin yüksək məqamını, Peyğəmbərin zövcələrinin bu ayənin əhatə dairəsindən xaric olmasını və yalnız seçilmiş təbəqədən olan bu insanların rəhbərliyinə dəlalət etməsini aydınlaşdırır.

(ardını izləyin)



[1] Təbərsi Ehticac kitabında İmam Baqir (ə)-dan da bir hədis nəql edərək yazır ki, Əli (ə) 6 nəfərlik şurada özünün xilafətə hamıdan artıq layiqli olduğunu göstərən bir dəlil də qeyd etmişdir. O dəlil də məhz Təthir ayəsidir.

[2] Ta ki bir kəs deməsin ki, Əli (ə) təqribən 15 ildən sonra çox təbii və adi bir iş sayılan şeyi özünə iftixar saydı.

[3] Qamusür-rical , 6-cı cild, səh.20


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından