Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

23 November 2024

21:19

۲۷۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2022-ci il iyun ayının 30-u imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1443-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2022-ci il iyun ayının 30-u imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah onun müqəddəs zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər xanədanının (sallallahu əleyhi və alih) davamçılarına, xüsusən xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!
Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamında
“Hər kəs pis və qəbahətli bir işi bəyənib, ondan razı olduğunu bildirsə, həmin işin cəzasında şərikdir.”[1] (Yəni necə ki, o işin edəninə cəza veriləcək, o işə hüsni-nəzəri olub, ondan razılıq edən insana da eyni cəza təyin ediləcək.)

[1] Kəşful-ğummə fi mərifətil-əimmə (əleyhimussəlam), cild-2, səh. 349

Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti