Qədir Xum bayramı

25 April 2024

13:41

۲۷۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il zil-hiccə ayının 18-i, miladi tarixi ilə iyul ayının 18-i müqəddəs Məkkə ətrafında Qədiri-Xum adlanan bir məntəqədə həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əli ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması və həzrət Əli əleyhissəlamın müsəlman ümmətinə Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini təyin edilməsi günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədir Xum bayramı

Hicri-qəməri 1443-cü il zil-hiccə ayının 18-i, miladi tarixi ilə iyul ayının 18-i müqəddəs Məkkə ətrafında Qədiri-Xum adlanan bir məntəqədə həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əli ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması və həzrət Əli əleyhissəlamın müsəlman ümmətinə Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini təyin edilməsi günüdür.

 Məhz bu mühüm məsələ başa çatdıqdan sonra Allah-taala müqəddəs Qurani-kərimdə buyurur:

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلاَمَ دِينًا

…Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsdilər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə Öz nemətimi tamamladım və (möhkəm, sabit və kamil) bir din kimi sizin üçün İslamı qəbul etdim!..[1]

İslam tarixində bu əzəmətli və təntənəli bayramı “Eydullahil-əkbər” Allah-taalanın böyük bayramı, ibadət və vilayət bayramı adlandırmışlar.

Əhli-Beytdən (əleyhimussəlam) nəql edilən mötəbər hədislərdə bu günün xüsusi əməlləri vardır və müsəlmanlara bu gündə layiqincə ibadət və şadlıq etmək tövsiyələri olunmuşdur. Hədisdə deyilir ki, Qədir-Xum günündə oruc tutmaq, altımış il oruc tutmağın savabına bərabərdir.

Həzrət Əli əleyhissəlam mötəbər hədisdə buyurur:

وَ قَالَ عليه السلام إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى اطَّلَعَ إِلَى الْأَرْضِ فَاخْتَارَنَا وَ اخْتَارَ لَنَا شِيعَةً يَنْصُرُونَنَا وَ يَفْرَحُونَ‏ بِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَبْذُلُونَ أَمْوَالَهُمْ وَ أَنْفُسَهُمْ فِينَا أُولَئِكَ مِنَّا وَ إِلَيْنَا

Allah təbarək və təala yer üzündə bizi (Əhli-Beyt əleyhimussəlamı) sevib Özü üçün ixtiyar etdi. Həmçinin, bizim üçün şiələr və ləyaqətli şəxsləri də təyin buyurdu: onlar bizə kömək edər, bizim sevincimizi və kədərimizi özlərinə sevinc və kədər bilər, bizim yolumuzda öz canlarından keçər və var-dövlətlərini bəxşiş etməkdə heç nəyi əsirgəməzlər. Onlar bizdəndir və bizim yolumuzda irəliləyirlər.[2]

Deməli, bu mötəbər hədisə əsasən, Əhli-Beytin (əleyhimussəlam) həqiqi davamçıları həyat və yaşayışlarında ancaq Allah-taalanın razılığı və Onun vilayətinə daxil olmaq ləyaqəti qazanmaq üçün çalışmalı və bu sahədə bütün səylərini etməlidirlər. Həqiqi möminlər insanı Allah-taalanın, həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) və Məsum imamların (əleyhimussəlam) vilayətindən və məhəbbətindən uzaqlaşdıran ən kiçik məsələlərə belə göz yummamalı və bütün qüvvələrini özlərinin təlim, tərbiyə və təqvalı olmalarına sərf etməli və Əhli-Beytin (əleyhimussəlam) vilayətindən uzaq düşməkdən çəkinməlidirlər.

Bu əzəmətli bayram münasibətilə ilk növbədə Həzrət İmam Məhdi Sahib əz-Zamana (əccələllahu taala fərəcəhuş-şərif) səmimi təbriklərimizi yetirir və eləcə də bütün müsəlmanlara şadlıq və sevinc əhval-ruhyyəsi arzulayaraq böyük iftixar hissi ilə deyirik:

الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلاَيَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلاَمُ

Bütün həmdü-sənalar bizi Əmirəl-möminin (Əli əleyhissəlamın) və Məsum imamların vilayətində qərar verib onların davamçıları sırasında olmaqla şərəfləndirən Allah-taalaya məxsusdur!

İltimasi dua!










[1] “Maidə” surəsi, ayə 3.

[2] “Əl-Xisal”, mərhum Şeyx Səduq, cild-2, səh. 169.











Etiketlər :

Qədir Xum bayramı