Aşura günü
24 November 2024
09:35
۲۶۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Aşura günü
Bu gün hicri-qəməri 1444-cü il məhərrəm ayının 10-u, miladi 2022-ci il avqustın 8-i Şəhidlər ağası həzrət imam Huseyn əleyhissəlamın öz vəfalı səhabələri ilə birlikdə Kərbəla səhrasında İslam düşmənlərinə qarşı qiyam edərək yüksək şəhadət məqamına nail olmaları ərəfəsində müsibətli tarixi hadisələrlə məşhur olan Aşura günüdür.
Bu əzəmətli və son dərəcə ağır müsibəti Rəsuləllaha (sallallahu əleyhi və alih), Ummul-Əimmə Siddiqeyi-Kubraya (salamullah əleyha), Əmirəl-möminin əleyhissəlama və bütünlükdə Əhli-Beyt əleyhimussəlama, xüsusən zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu Hüccəti həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün mömin və möminə bacı-qardaşlara başsağlığı və təsəlli deyirik. Ümid edirik ki, Allah-taala əziz möminləri dünyada Əhli-Beytin (əleyhimussəlam) ziyarətindən və Qiyamətdə şəfaətindən məhrum etməsin, inşa Allah. Amin ya Rəbbil-aləmin.
Həzrət Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra bir sıra səhabələrin gizli və müəmmalı səyləri nəticəsində başlanan xilafət çəkişmələri nəticədə 41-ci hicri ilində uzun illər həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və müsəlmanlarla amansız mübarizə aparan və bir sıra böyük şəxsiyyətlərin şəhadətinə səbəb olan Əbu Sufyanın oğlu Muaviyət ibn Əbu Sufyan çoxlu fitnəkarlıq və hiyləgərlikdən sonra xəlifəlik məqamını qəsb etdi. İyirmi il xilafət kürsüsünə söykənərək yalnız öz səltənətini və iqtidarını gücləndirmək məqsədi güdən Muaviyə 60-cı hicri ilində dünyasını dəyişərkən əyyaş və fasiq oğlu Yezidi özünə canişin təyin etdi. Bununla da müsəlman aləminin müqəddəratı şəhvətpərəst və eyş-işrət aludəsi olan təcrübəsiz bir cavanın ixtiyarına verildi. Yezid hakimiyyəti ələ keçirən kimi dərhal ümmətin tanınmış və layiqli şəxsiyyətlərini güclə də olsa özünə tabe etdirməklə meylinə və nəfsi istəklərinə münasib gördüyü hakimiyyət dairəsində özünə mane olan hər hansı bir şəxsi zərərləşdirmək və aradan aparmaq fikrini həyata keçirdi. Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət Əlinin və Xanım Zəhranın (əleyhiməssəlam) ürək parası, o dövrün ən hörmətli və ləyaqətli şəxsiyyəti olan həzrət imam Huseyn əleyhissəlamı Yezidə beyət edib onun hakimiyyətini qeydsiz- şərtsiz qəbul etmək məcburiyyətində qoydular.
Həzrət imam Huseyn əleyhissəlam bu məsələdən xəbərdar olduqda buyurur:
"فَقَالَ الْحُسَيْنُ عليه السلام: إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ وَ عَلَى الْإِسْلَامِ السَّلَامُ إِذْ قَدْ بُلِيَتِ الْأُمَّةُ بِرَاعٍ مِثْلِ يَزِيدَ وَ لَقَدْ سَمِعْتُ جَدِّي رَسُولَ اللَّهِ صلي الله عليه و أله، يَقُولُ: الْخِلَافَةُ مُحَرَّمَةٌ عَلَى آلِ أَبِي سُفْيَان..."
“Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq! Bir halda ki, İslam ümməti Yezid kimi bir (rəzil) şəxsin hakimiyyətinə giriftar olsa, birdəfəlik İslamla xudahafizləşmək gərəkdir. Allahın Rəsulundan (sallallahu əleyhi və alih) eşitdim ki, buyurdu: Əbu Sufyan xanədanına xilafət haramdır...”
Başqa bir yerdə Həzrət buyurur:
"أَلَا وَ إِنَّ الدَّعِيَّ ابْنَ الدَّعِيِّ قَدْ رَكَزَ بَيْنَ اثْنَتَيْنِ بَيْنَ السَّلَّةِ وَ الذِّلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِّلَّة"
“Agah olun! Bu zinazadə oğlu zinazadə (Yezid), məni iki yol ayrıcında – qılınc çəkib vuruşmaqla zillət və xarlığı qəbul etmək arasında – seçim etməyə məcbur etmişdir! Bu zillət nə qədər biz Əhli-beytdən (əleyhimussəlam) uzaqdır...”
Beləliklə, həzrət Huseyn ibn Əli əleyhissəlam müsəlman ümmətinə zorakılıq və hiylə ilə hakim olmuş Yezidlə beyətin xarlıq və zəlalətdən başqa bir şey olmadığını elan edib, Kərbəla səhrasında sayca çox az olan, lakin qüdrətcə misli-bərabəri görünməyən dərəcədə uca və yüksək tərəfdarları ilə birlikdə Yezidin Kufə şəhərindəki qəddar hakiminin zər və zivərlə topladığı 30 minlik qaniçən və zalım ordusunun qarşısında müqavimət göstərmiş və şəhadət şərbətini içərək bəşər tarixində ən böyük igidliklər nümayiş etdirmişlər.
Hicri 61-ci il Məhərrəm ayının 10-da baş vermiş bu vaqiənin zaman baxımından məhdud vaxtda olmasına baxmayaraq, üzərindən 1383 il keçdikdən sonra hələ də haqsevər millətlərin istiqlal və azadlıq uğrunda apardıqları mübarizənin ümid məktəbinə çevrilmişdir. Bu məktəbin tələbələri həzrət Əba Əbdillahil-Huseyn əleyhissəlamın “zillət bizdən uzaqdır” devizini özlərinə əsas tutaraq əsrlər boyu çox zalım və istibdad hökumətlərin mənhus niyyətlərini ürəklərində qoymuş və millətlərin mənəvi, iqtisadi və siyasi istiqlal yollarını işıqlandırmışlar.
İltimas dua!