Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

25 April 2024

11:36

۲۳۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 144-cü il məhərrəm ayının 12-i, miladi 2022-ci il avqustın 10-u bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 144-cü il məhərrəm ayının 12-i, miladi 2022-ci il avqustın 10-u bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət gününü ilk növbədə o Həzrətin əziz övladı həzrət Sahib əz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq, Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

خَیرُ مَفَاتیحِ الأموُرِ الصِّدقُ وَخَیرُ خَوَاتیمِهَا الوَفَاءُ

“Çətinliklərin həll edilməsində ən yaxşı və təsirli iş sədaqətli və düzgün olmaqdır, işləri daha düzgün sona yetirməkdə lazım olan məsələ vəfadarlı olmaqdır.”[1]

İltimas dua!

[1] Biharul-ənvar, cild-75; səh. 161


Etiketlər :

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü