Həzrət Sahib Zamanın (əleyhissəlam) imamətinin ildönümü
24 November 2024
07:22
۲۳۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hüccət ibn Həsən həzrət Sahib Zamanın (əleyhissəlam) imamlığa çatdığı ilk günBurada, həzrət imam Sahib Zamanı tanımaq və o Həzrətlə mənəvi ünsiyyət yaratmaq cəhətində çox təsirli olan bu duanın yalnız bir qismini qeyd etməklə əziz möminlərə onu əqidə ilə oxuyub düşünməklə yüksək mənəvi məqamlara çatmağı arzulayırıq.
Mötəbər sənədli bir hədisdə nəql olunur ki, həzrət İmam Zamanın (əleyhissəlam) birinci naibi Şeyx Əbu Əmr Osman ibn Səid, bu duanı Əbu Əli Məhəmməd ibni Həmmama imla demiş və onu oxumağını təkid etmişdir. Seyid İbni Tavus “Cəmalül-usbu`” adlı kitabında cümə gününün əsr namazından sonra oxunan duaları və “kəbirə salavatlar”ı nəql etdikdən sonra bu duanı qeyd edərək, buyurubdur: “Bu gün üçün əvvəldə nəql etdiyimiz duaları oxumağa imkanın olmasa da bu duanı tərk etmə. Həqiqətən də bu dua, Allah taalanın bizə qarşı xüsusi fəzlidir və buna qəti inamın olsun. Bu dua aşağıdakı kimidir:
اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ رَسُولَكَ اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي اللَّهُمَّ لا تُمِتْنِي مِيتَةً جَاهِلِيَّةً وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي...
Əllahummə ərrifni nəfsəkə fəinnəkə in ləm tuərrifni nəfsəkə ləm ə`rif rəsulək, Əllahummə ərrifni rəsuləkə fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ə`rif huccətək, Əllahummə ərrifni huccətəkə fəinnəkə in ləm tuərrifni huccətəkə zələltu ən dini, Əllahummə la tumitni məytətən cahiliyyəh, və la tuziğ qəlbi bə`də iz hədəytəni...
“İlahi, Özünü mənə tanıtdır! Həqiqətən də, əgər Özünü mənə tanıtdırmasan, Sənin peyğəmbərini tanımaram. İlahi, peyğəmbərini mənə tanıtdır və əgər peyğəmbərini mənə tanıtdırmasan, höccətini tanımaram! İlahi, höccətini mənə tanıtdır və əgər höccətini mənə tanıtdırmasan, dinimdə azğınlığa uğrayaram! İlahi, məni cahil ölənlər kimi öldürmə və məni hidayət etdikdən sonra qəlbimi (hidayətdən) döndərmə (azdırma)...”[4]