Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

24 November 2024

04:16

۲۲۱

Xəbərin xülasəsi :
Hizcri-qəməri 1444-cü il rəbius-sani ayının 8-i, miladi 2022-ci il noyabrın 3-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

Hizcri-qəməri 1444-cü il rəbius-sani ayının 8-i, miladi 2022-ci il noyabrın 3-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür.

Əhli-beyt əleyhimussəlamın sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanlara əmin-amanlıq və səadətli həyat əta etsin, Amin ya Rəbbil-aləmin!

Həzrət imam Həsən Əsgəri əleyhissəlamdan bir hədisi möminlərə təqdim edirik:

لَيْسَتِ الْعِبادَةُ كَثْرَةَ الصِّيامِ وَ الصَّلوةِ وَ إِنَّما الْعِبادَةُ كَثْرَةُ التَّفَكُّرِ في أَمْرِ اللّهِ

“Çoxlu oruc tutub namaz qılmaq Allaha yaxın olmaq üçün əsas amili deyil, həqiqətən Allahın sevimli bəndələri sırasında olmağın yolu İlahi işlərdə çox düşünüb təfəkkür etməkdir.”

Mənbə: Tuhəful-uqul, səh. 448



Etiketlər :

Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü