Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

25 April 2024

20:18

۱۷۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il cumadil-ula ayının 5-i, miladi 2022-ci il noyabrın 30-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva, elm və mərifət, səbir, həya və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1444-cü il cumadil-ula ayının 5-i, miladi 2022-ci il noyabrın 30-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva, elm və mərifət, səbir, həya və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən

Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur:

أنتِ بِحَمدِ اللّه‏ عالِمَةٌ غَيرُ مُعَلَّمَةٍ، فَهِمَةٌ غَيرُ مُفهَّمَةٍ

“Əlhəmdulillah sən vəhy mənbəyindən elm öyrənən bir alimsən və hər hansı bir müəllimdən dərs almadan fəhm və idraka maliksən.” 

Mənbə: Əl-Ehticac (mərhum Təbərsi), cild-2, səh. 305


Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü