Fədəkin qəsb edilməsi
24 November 2024
07:35
۲۲۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Bu barədə iki əsaslı məsələ də vardır. Onlardan biri həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra Fədəkin qəsb edilməsidir. Fədək Peyğəmbərin zamanında üç il həzrət Zəhranın (əleyhasəlam) ixtiyarında idi və Həzrət orada işləmək üçün bir sıra insanları təyin etmişdir, onlar orada işləyirdilər və Fədək onun əlində idi. Saxta və o zamana qədər heç kəsin eşitmədiyi bir hədisin bəhanəsi ilə Fədək qəsb edildi. Bu qondarma hədis belədir:
«نحنُ معاشر الانبياء، ما ترکناه صدقة»
“Biz peyğəmbərlər özümüzdən sonra (heç bir şeyi irs qoymarıq) hər şey qalsa, sədəqədir (və ümumi xalqa çatmalıdır).”
Hədis bəhslərində və tarixi məsələlər baxımından bu hədisin çoxlu nöqsanları vardır. Bu hədis Qurani-kərimlə təzadlı şəkildə müxalifdir, açıq-aşkar Quran ayələri ilə müxalifdir, indi bu bəhslərə varid olmuram. Amma bunu demək istəyirəm ki, görəsən, hamının gözləri önündə Peyğəmbər tərəfində bu qədər ehtiram göstərilən Peyğəmbər qızı, Əbu Bəkrin özü bunu görmüşdü, özü bu hədisi nəql etmişdir ki, Xanım Zəhra həm daxil olanda Peyğəmbər onun istiqbalına gedib əllərini öpdü və həm də xaric olanda bu ehtiramı təkrar olaraq ona göstərdi, Peyğəmbər buyurdu, bu hörməti Allahın göstərişinə xatir edirəm... Sual budur ki, Fatimə (əleyhasəlam) “Fədək mənimdir və Peyğəmbər tərəfindən mənə verilmişdir” – deyə, buyurduqda, nə üçün Əbu Bəkr ondan bu sözü üçün şahid tələb etmişdir? Burada olduqca çoxlu suallar yaranır. Allahın əzəmət nurundan yaranmış Fatimə və Peyğəmbərin xüsusi ehtiramına layiq görülmüş və “Siddiqə” olub, haqq danışmaqda qadınlar arasında misli olmayan xanımın sözü nə üçün qəbul edilməməlidir? Nə üçün ona deyilməlidir ki, dediyin sözə şahid gətir? Nə üçün ömürlərinin sonuna qədər öz evlərində qalan və “bu evlər bizimdir” deyən, Peyğəmbərin digər qadınlarından şahid tələb edilmədi və onlara etiraz olunmadı ki, evdən çıxın, çünki Peyğəmbər özündən sonra heç bir şeyi bir kimsəyə irs qoymamışdır?!
Bu məsələni ərz edim ki, şiə və sünni məzhəbinin dini hökmlərində, əgər iddiaçı bir şahid ilə bərabər and içərsə, onun iddiası sabit olar. Şəxsin özü deyir və and içir ki, bu mənim malımdır, üstəlik bir şahid də gətirir. Əmirəl-möminin (əleyhissəlam) şəhadət verdi, Həsən və Huseyn (əleyhiməssəlam) şahid oldular, lakin qəbul etmədilər. Əmirəl-möminin barədə Peyğəmbər səhabələri eşitmişdilər ki, «اقضاکم عليّ» - sizin heç biriniz qəzavətdə Əlidən üstün deyilsiz. Əmirəl-möminin Əbu Bəkrə buyurdu: “Əgər müsəlman olan bir kəsin əlində müəyyən bir mal olsa və mən iddia etsəm ki, o mənim malımdır, bu halda sən məndən dəlil istərsən, yaxud mal əlində olan kəsdən? Ərz etdi: Səndən dəlil istərəm. Buyurdu: Fədək Fatimənin əlindədir və üç ildir ki, onun ixtiyarındadır, həzrət Zəhranın tərəfindən təyin edilmiş işçilər orada çalışırlar. Demək, Fədəkin ona məxsus olmadığını iddia edən şəxs gərək dəlil gətirsin, nə üçün Fatimədən dəlil tələb edirsən? Əbu Bəkr burada duruxdu! Doğrudur, sonda sabit oldu ki, Fədək həzrət Fatimənindir və bu barədə sənəd də yazdı, lakin başqası gəlib o sənədi götürdü və cırıb atdı.