Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) məqamı

24 November 2024

05:33

۲۳۱

Xəbərin xülasəsi :
Həzrət Zəhra əleyhasəlam ismət və təharət dərəcəsinin ən yüksək qülləsində durur. Əhli-beyt məktəbinin banisi həzrət Sadiq (əleyhissəlam) Fatimei-Zəhranın (əleyhasəlam) ən böyük və sədaqətli bir qadın məqamında olmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) məqamı

Həzrət Zəhra əleyhasəlam ismət və təharət dərəcəsinin ən yüksək qülləsində durur. Əhli-beyt məktəbinin banisi həzrət Sadiq (əleyhissəlam) Fatimei-Zəhranın (əleyhasəlam) ən böyük və sədaqətli bir qadın məqamında olduğuna işarə edərək buyurur:

» وَ هِیَ الصِّدِّیقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى«

“Fatimei-Zəhra (əleyhasəlam) qadın simasının ən böyük sədaqətli nümunəsidir, ötmüş əsrlər onun mərifəti mehvərində dövr edir.”[1]

Odur ki, Allah-taala məxluqatın ən şərəflisi sevimli Peyğəmbərinə (sallallahu əleyhi və alih) həzrət Zəhranı minnət olaraq xatırladıb buyurur:

 ﴿إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

“Biz, sənə “Kövsər” əta etdik.”[2]
Kövsər, yəni böyük xeyir və bərəkət. Bu mübarək ayənin təfsirində belə deyilir; “Biz sənə olduqca geniş xeyir əta etdik, Fatimei-Zəhranın (əleyhasəlam) vasitəsilə sənə davamlı nəsil və pak övladlar bəxş etdik...”[3]
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:

»وَ لَوْ كَانَ الْحُسْنُ شَخْصاً ] هَيْئَةً] لَكَانَتْ فَاطِمَةَ بَلْ هِيَ أَعْظَمُ إِنَّ فَاطِمَةَ ابْنَتِي خَيْرُ أَهْلِ الْأَرْضِ عُنْصُراً‌ وَ شَرَفاً وَ كَرَماً«

Əgər bütün xeyir və yaxşılıq bir şəxsdə təcəssüm tapsaydı, Fatiməi-Zəhranın (əleyhasəlam) siması təzahür edərdi; hətta Fatimə daha əzəmətlidir. Həqiqətən, qızım Fatimə, ünsür, şərəf və kəramət baxımından yer üzündə ən üstün şəxsiyyətdir.”[4]

Mənbələr:

[1] Biharul-ənvar, cild-43, səh. 105

[2] Kövsər surəsi, ayə 1

[3] Mənhəcus-Sadiqin, cild-10, səh. 340

[4] Miətu mənaqib, cild-1, səh. 135



Etiketlər :

Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) məqamı