Ayətullah Fazil Lənkəraninin həzrət Fatimə (ə) haqda danışıqlarından

24 November 2024

04:49

۱۹۹

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin həzrət Fatimei Zəhra (əleyhasəlam) haqqında buyurduğu danışıqlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazil Lənkəraninin həzrət Fatimei Zəhra (əleyhasəlam) haqqında buyurduğu danışıqlarından

Hədis kitablarında cənab Cabirdən bir hədis nəql olunmuşdur ki, imam Sadiqdən (əleyhissəlam) belə nəql edir:

«قال: قلت لم سمّيت فاطمة الزهراء زهراء؟»

“İmam Sadiqə (əleyhissəlam) ərz etdim ki, həzrət Fatimei-Zəhraya (əleyhasəlam) nə üçün Zəhra adı verilmişdir?” 

Həzrət bu sualın cavabında buyurur:

«لأن الله عزوجل خلقها من نور عظمته»

“Ona görə ki, Allah-taala Fatimei-Zəhranı (əleyhasəlam) Öz əzəmətli nurundan xəlq etmişdir.” 

Həzrət Peyğəmbər və Əmirəl-möminin barəsində də belə təbir qeyd edilmişdir ki, onlar da Allah-taalanın əzəmətli nurundan xəlq olunmuşlar. Buradan məlum olur ki, həzrət Zəhranın (əleyhasəlam) xilqəti əvvəldən adi bəşər xilqətindən fərqli olmuşdur. Təbii ki, bəşərin hamısı Allah tərəfindən xəlq edilmişlər, amma Allahın nurundan xəlq olunmamışlar. Əgər bütün bəşər Allahın nurundan xəlq edilmiş olsaydılar, onda heç bir bəşər günah və təqsir etməzdi. Fatimei-Zəhra Allahın nurundan xəlq olunmuşdur, özü də Allahın əzəmətli nurundan, yəni Allah-taalanın olduqca əhəmiyyətli olan əzəmətli yönündən. Mənası budur ki, bu məxluq, əzəmətli və böyük bir məxluqdur, çünki Allahın əzəmətli nurundan xəlq olunmuşdur.

«فلمّا أشرقت أضاء السماوات و الارض بنورها»

“Zahir olduqda göylər və yer Fatimei-Zəhranın (əleyhasəlam) nurundan işıqlandı.”

Hədisin davamında Allah-taala mələklərə buyurur:

«هذا نورٌ من نوري و أسکنته في سمائي خلقته من عظمتي»

“Bu nur, Mənim nurumdandır, onu Öz əzəmətimdən yaratdım və asimanımda sakin etdim...”

Bu məsələnin çox aydın bir nəticəsi vardır ki, həzrət Fatimə (əleyhasəlam) başqalarından tam fərqlənir. Peyğəmbərin heç bir xanımı Allahın əzəmətli nurundan xəlq olmamışdır. Fatimei-Zəhradan (əleyhasəlam) başqa heç bir xanım Allahın əzəmət nurundan yaranmamışdır. Dünya qadınlarının arasında bəzi yüksək xanımlar, o cümlədən, Məryəm bint İmran, Asiya və s. kamil qadın simalarıdır, lakin onlar Allahın əzəmət nurundan xəlq olmamışlar.


Etiketlər :

Həzrət Ayətullah Fazil Lənkəraninin həzrət Fatimei Zəhra (əleyhasəlam) haqqında buyurduğu danışıqlarından