Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

29 March 2024

14:09

۱۵۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il, rəcəb ayının 1-i, miladi 2023-cü il, yanvar ayının 23-ü imamət və vilayət səmasının beşinci parlaq günəşi həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1444-cü il, rəcəb ayının 1-i, miladi 2023-cü il, yanvar ayının 23-ü  imamət və vilayət səmasının beşinci parlaq günəşi həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözünüz aydın deyirik. Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.

İmam Baqir əleyhissəlam buyurur:

انما یداق الله العباد فی الحساب یوم القیامة علی قدر ما اتاهم من العقول فی الدنیا

“Qiyamət günündə Allah-taala Öz bəndələri ilə onlara dünyada verdiyi ağıla mütənasib hesab-kitab edəcəkdir.”

Mənbə: Məanil-əxbar, səh. 2

Rəcəb ayının fəzilətləri

Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı son dərəcə fəzilətlidirlər. Bu haqda çoxlu hədislər qeyd olunmuşdur. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilir ki, buyurub: "Rəcəb ayı Allahın, Şəban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar."

İmam Sadiqdən (əleyhissəlam) həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğu nəql olunur:- Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.

Həmçinin, bu ayda çoxlu Quran oxumaq və dua etmək, eləcə də bir sıra xüsusi əməllər varid olubdur ki, əziz möminlər əlavə məlumat üçün möhtəşəm "Məfatihul-cinan" kitabına müraciət edə bilərlər.

İltimas dua


Etiketlər :

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü