Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

24 November 2024

02:02

۲,۳۳۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il rəcəb ayının 13-ü, miladi 2023-cص il, fevral ayının 4-ü, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

Hicri-qəməri 1444-cü il rəcəb ayının 13-ü, miladi 2023-cص il, fevral ayının 4-ü, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür.

Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət imam Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-beyt əleyhimussəlama, daha sonra bütün ədalətsevər millətlərə, xüsusən, azəri xalqımızın əziz mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik. Arzu edirik Allah-təala bütün möminlərə həzrət Əlini (əleyhissəlam) sevənlər sırasında yer versin və qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətini günü-gündən artıq etsin, inşa Allah. Amin ya Rəbbəl-aləmin!

Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.

Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».

Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur: «Babam Əli (əleyhissəlam) kimi ibadət edə bilən kimdir?!»

İmam Səccad (əleyhissəlam) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə həzrət Əlinin (əleyhissəlam) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən bir kəsin övladıyam ki, hamıdan güclü, şücaətli, əzmli və iradəli olmuş, cəsarətli şir tək döyüş vaxtı ona yaxınlaşan süvariləri dəyirman kimi üyütmüşdür. Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərakəndə salmışdır».[1]

Həzrətin şücaətini e’cazkar bilən Şeyx Müfid yazır: «Bütün döyüşlərdə ondan başqa qalib gələn cəngavər olmamışdır…[2]



[1] “Biharul-ənvar”, 45-cicild, səh.138

[2] “Əl-İrşad”, 3-cü bab, 56-cı fəsil.






Etiketlər :

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu