Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

24 November 2024

01:51

۲۳۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il şəban ayının 11-i, miladi 2023-cü il martın 4-ü həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

Hicri-qəməri 1444-cü il şəban ayının 11-i, miladi 2023-cü il martın 4-ü həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu fərəhli və şad günün münasibətilə həzrət Sahib-zamana (Allah onun gəlişini tezləşdirsin) və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan bizi o Həzrətin yolunun davamçılarından etməsini arzulayırıq.

Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə mütabiq olması göstərilir. Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) ən çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin yanında böyük hörmət və məhəbbət qazanmışdır. O həzrətin adı Əli, əziz atasının adı Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfi tayfasından olan Murrətin qızı Leyladır.[1] Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.[2]

Cənab Bəzəntinin nəql etdiyi hədisin dəlalətinə əsasən, həzrət Əli Əkbər əleyhissəlam izdivac etmişdir.[3] 
Həmçinin, imam Sadiq əleyhissəlamdan yetişən ziyarətnamədə həzrət Əli Əkbərin (əleyhissəlam) barəsində belə oxuyuruq:

"صلی اللَّه علیک و علی عترتک و اهل بیتک و آبائک و ابنائک و امهاتک الاخیار الذین أذهب عنهم الرجس و طهرهم تطهیراً"

“Allah-taalanın salam və salavatı sənə və ailənə, Əhli-beytinə, nənə və babalarına və övladlarına olsun, o kəslər ki, xeyirxah və ən yaxşı insanlardır və Allah-taala onlardan hər növ pisliyi və xoşagəlməzliyi uzaqlaşdırmış və onları pak-pakizə etmişdir.”

Bir daha bütün mömin bacı-qardaşları bu əziz bayram münasibətilə təbrik edir, onlara Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.

İltimas dua!



[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 15-16

[2] “Kamiluz-ziyarat”, səh. 240

[3] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 19


Etiketlər :

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu