Məhdilik cəmiyyəti ənbiyanın risalətinin hədəfidir

24 November 2024

03:22

۲۲۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) Məhdəviyyət Doktrinasının Beynəlxalq Konfransının Qərargahı üzvlərinin toplanışındakı bəyanatı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Bütün peyğəmbərlərin risaləti həzrət Bəqiyyətillahın (Allah onun zühurunu tezləşdirsin) cahanşümul hökuməti üçün bir müqəddimədir

Məhdilik cəmiyyəti ənbiyanın risalətinin hədəfidir

(ardı)

Allahın bu iradəsi hansı zamanda olmuşdur? Quranın nazil olduğu, ya Peyğəmbərin risaləti zamanında? Yaxud bu iradə İslamdan əvvəl olmuşdur, həzrət İsa və Musadan əvvəl, Allahın bəşər üçün peyğəmbər göndərmək istədiyi zamandan olmuşdur və indi də var və Həzrətin zühur zamanına qədər davam edəcəkdir? 

Demək, ənbiyanın risalətinin və Məsum imamların imamətinin tarixi və kökü Allah taalanın bu əzəli iradəsinə qayıdır. Bu iradəyə əsasən, ənbiyanın risaləti bu məqsəd üçün müqəddimə vəsfini tapmışdır.

Mümkündür deyələr ki, bu yalnız bir iddiadır, həzrət Adəmin risalətinin həzrət Hüccətin hökuməti arasında nə rabitə ola bilər? Müqəddimə olmağı iddia ediriksə, gərək onun üçün tutarlı dəlilimiz olsun. Belə vədənin verilməsinə gəldikdə dəlili aydındır, Tövrat və İncildə bu haqda qeyd olunubdur, hərçənd dinlər və məzhəblər arasında onun cüiyyatı və xüsusiyyatı barədə müxtəlif nəzərlər vardır, amma bu vədənin əsli müştərək olaraq qeyd olunmuşdur. Müqəddimə ünvanına gəldikdə isə, əgər müqəddimə dəlili bəyan edilməsə, keçmiş ənbiyanın risalətinin həzrət Hüccətin hökuməti ilə rabitə bərqərar olmayacaqdır.

Bu iki nəzəriyyənin səmərəsi burada zahir olur ki, vədə bəhsində onların arasında rabitənin olması lazım gəlmir; bir peyğəmbər vədə verir ki, Axiruz- zamanda belə bir vaeə baş verəcəkdir, lakin şəriət və risalətimin Həzrətin o cahanşümul hökuməti ilə bir rabitəsi yoxdur. Amma müqəddimə olmaq nəzəriyyəsinə əsasən, hər bir peyğəmbərin risaləti həzrət Hüccətin hökumətinin bərqərar olmasına müqəddimə sayılacaqdır, namaz üçün təharətin vacib olması kimi. Əgər bu hökumətin vücuda gəlməsi üçün müqəddimə oldusa, rabitə yaranır. Əgər rabitə varsa, gərək ənbiyanın şeyxi olan həzrət Adəm ilə Xatəmul-ənbiya arasında hərtərəfli plan və ardıcıl düşüncə mövcud olsun. Gərək Axiruz- zaman hökuməti ilə bağlı birinci və axırıncı peyğəmbər arasında, hətta Məsum imamlar əleyhimussəlam arasında müştərək və ardıcıl bir plan, ümumi və dəqiq bir təsvir mövcud olsun.

Allahın iradəsinin özü bu müqəddimə və rabitəyə dəlil olur və ona sübut edir ki, bu söz sırf iddia və şüar deyil. Dəlili, bu müddəaya dəlalət edən: «کتبنا فی الزبور من بعد الذکر» «نریدُ أن نمن علی الذین استضعفوا» – bu şərafətli ayələrdir.

(ardını izləyin)


Etiketlər :

Məhdilik cəmiyyəti ənbiyanın risalətinin hədəfidir