Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi

29 March 2024

19:30

۱۹۹

Xəbərin xülasəsi :
Çoxsaylı hədislərdən Qədr gecəsinin bu gecədə olması ehtimal olunur. İyirmi üçüncü gecədə Qədr gecələrinin müştərək əməllərindən başqa, aşağıdakı əməllər də qeyd edilmişdir
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi

Çoxsaylı hədislərdən Qədr gecəsinin bu gecədə olması ehtimal olunur. İmam Baqirdən (əleyhissəlam) nəql edilən bir hədisdə bildirilir ki, "Cuhəni" adlı bir şəxs Allah Rəsulunun (sallallahu əleyhi və alih) yanına gələrək belə dedi: "Mən Mədinədən kənarda yaşayıram və çoxlu sayda qoyun və dəvələrim var. Hər üç gecədə Mədinədə ola bilmirəm. İstəyirəm ki, mənə hansı bir gecə Mədinəyə gəlməyimi bildirəsiniz və mən həmin gecədə ibadət və namazda iştirak edə bilim. O həzrət həmin şəxsi yaxınına çağırdı və qulağına söyləməklə o gecəni ona tanıtdırdı.

Cuhəni də iyirmi üçüncü gecə gəlib çatdıqda, bütün ailəsi, övlad və qulamları (xidmətçiləri) ilə birlikdə Mədinəyə gəlir və sübhə qədər qaldıqdan sonra, yenə öz evinə qayıdırdı." (1)

Eyni zamanda, başqa bir rəvayətdə Allahın Rəsulundan (sallallahu əleyhi və alih) nəql edilmişdir ki, Ramazan ayının iyirmi üçüncü gecəsi ailə üzvlərinin üzünə su çiləyirdi ki, onlar yuxuya getməsinlər. (bu gecənin fəzilətindən faydalana bilsinlər.) (2)

İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər:

İyirmi üçüncü gecədə Qədr gecələrinin müştərək əməllərindən başqa, digər əməllər də qeyd edilmişdir:

1. "Ənkəbut" və "Rum" surəsini oxumaq. İmam Sadiq (əleyhissəlam) buyurur: "Kim iyirmi üçüncü gecədə "Ənkəbut" və "Rum" surələrini oxusa, Allaha and olsun, cənnət əhlidir!" (3)

2. Min dəfə «انّا انزلناه» (İnna ənzəlnahu) ("Qədr") surəsini oxumaq. (4)

3. "Ha. Mim" ("Duxan") surəsini oxumaq. (5)

4. Bu duanı oxumaq:

اَللّهُمَّ امْدُدْ لى فى عُمْرى، وَاَوْسِعْ لى فى رِزْقى، وَاَصِحَّ لى جِسْمى، وَبَلِّغْنى اَمَلى، وَاِنْ کُنْتُ مِنَ الاْشْقِیآءِ فَامْحُنى مِنَ الاَشْقِیآءِ، وَاْکتُبْنى مِنَ السُّعَدآءِ، فَاِنَّکَ قُلْتَ فى کِتابِکَ الْمُنْزَلِ عَلى نَبِیِّکَ الْمُرْسَلِ، صَلَواتُکَ عَلَیْهِ وَ آلِهِ، یَمْحُو اللهُ ما یَشآءُ وَیُثْبِتُ، وَعِنْدَهُ اُمُّ الْکِتابِ

“İlahi, ömrümü uzun, ruzimi bol, cismimi sağlam et, məni arzularıma çatdır, əgər bədbəxtlərin cərgəsindəyəmsə, adımı onların zümrəsindən sil və xoşbəxt olanlar sırasında qeyd et! Həqiqətən, Sən göndərilmiş peyğəmbərinə (ona və Əhli-beytinə salam olsun) nazil etdiyin kitabda demisən ki, Allah istədiyini məhv edir və istədiyini qeyd edir və Ümmul-kitab (kitabln əsli) onun yanındadır.” (6)

5. İyirmi üçüncü gecəyə məxsus olan bu duanı oxumaq:

یا رَبَّ لَیْلَهِ الْقَدْرِ وَجاعِلَها خَیْراً مِنْ اَلْفِ شَهْر، وَرَبَّ اللَّیْلِ وَالنَّهارِ، وَالْجِبالِ وَالْبِحارِ، وَالظُّلَمِ والاْنْوارِ، وَالاْرْضِ وَالسَّمآءِ، یا بارِئُ یا مُصَوِّرُ، یا حَنّانُ یا مَنّانُ، یا اَللهُ یا رَحْمنُ، یا اَللهُ یا قَیُّومُ، یا اَللهُ یا بَدیعُ، یا اَللهُ یا اَللهُ یا اَللهُ، لَکَ الاْسْمآءُ الْحُسْنى، وَالاْمْثالُ الْعُلْیا، وَالْکِبْرِیآءُ وَالاْلاءُ، اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تَجْعَلَ اسْمى فى هذِهِ اللَّیْلَهِ فِى السُّعَدآءِ، وَرُوحى مَعَ الشُّهَدآءِ، وَاِحْسانى فى عِلِّیّینَ، وَاِسائَتى مَغْفُورَهً، وَاَنْ تَهَبَ لى یَقیناً تُباشِرُ بِهِ قَلْبى، وَایماناً یُذهِبُ الشَّکَّ عَنّى، وَتُرْضِیَنى بِما قَسَمْتَ لى، وَ اتِنا فِى الدُّنْیا حَسَنَهً، وَفِى الاْخِرَهِ حَسَنَهً، وَقِنا عَذابَ النّارِ(37) الْحَریقِ، وَارْزُقْنى فیها ذِکْرَکَ وَشُکْرَکَ، وَالرَّغْبَهَ اِلَیْکَ، وَالاِْنابَهَ والتَّوْبَهَ، والتَّوْفیقَ لِما وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد عَلَیْهِمُ السَّلامُ

“Ey Qədr gesənin rəbbi və onu min aydan xeyirli edən, ey gecə və gündüzün, dağ və dəryaların, zülmət və nurların, yer və göylərin rəbbi, ey yaradan və surət (sima) verən, ey bəxşiş edən və nemət verən, ey Allah, ey rəhimli, ey Allah, ey başa çatdıran, ey Allah, ey yaradan, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və nemətlər yalnız Sənə məxsusdur. Səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında, ruhumu Məhəmməd və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şəkk və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün (təqdir etdiyin) şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə (savab və mükafatlar) verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, (7) bu gecədə Səni yad etmək və Sənə şükr etməyi, Sənə rəğbətli olmağı, Məhəmməd və Ali-Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) müvəffəq etdiyin şeyələrə nail olmağı nəsib etməyini istəyirəm.” (8)

6. İmam Sadiqdən (əleyhissəlam) nəql edilən bu duanı oxumaq:

اَللّهُمَّ اجْعَلْ فیما تَقْضى وَفیما تُقَدِّرُ مِنَ الاْمْرِالْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِ الْحَکیمِ، فى لَیْلَهِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذى لا یُرَدُّ وَلا یُبَدَّلُ، اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ فى عامى هذَا، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ، اَنْ تُطیلَ عُمْرى، وَتُوَسِّعَ لى فى رِزْقى.

“İlahi, qəti olan qəza və qədərini bizim üçün təqdir elə, Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən və dəyərli, səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul və günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan elə, qəza və qədərində mənim üçün uzunömürlü olmağı təqdir et və mənə geniş (bol) halal ruzi nəsib elə! (9)

8. Həmçinin, məsum imamlardan nəql edilir ki, Ramazan ayının iyirmi üçüncü gecəsində, rukusəcdə halında, ayaq üstə və oturan halda bu duanı oxumaq təkid olunur. Hətta, bütün Ramazan ayı boyunca və digər vaxtlarda Allaha həmd-səna və Peyğəmbərə (s) salavatdan (məsələn, "Əlhəmdu lilləh vəs-səlatu əla rəsulillah və alihit-tahirin" (اَلْحَمْدُ لِلّهِ وَ الصَّلاهُ عَلى رَسُولِ اللّهِ وَ آلِهِ الطّاهِرینَ) dedikdən sonra aşağıdakı duanı oxumaq:

اَللّـهُمَّ کُنْ لِوَلِیِّکَ الْحُجَّهِ بْنِ الْحَسَنِ، صَلَواتُکَ عَلَیْهِ وَعَلى ابآئِهِ، فى هذِهِ السّاعَهِ، وَفى کُلِّ ساعَه، وَلِیّاً وَحافِظاً، وَقآئِداً وَناصِراً، وَدَلیلا وَعَیْناً، حَتّى تُسْکِنَهُ اَرْضَکَ طَوْعاً، وَتُمَتِّعَهُ فیها طَویـلاً.

“İlahi! Sənin vəli və yer üzərindəki canişinin Höccət ibnil-Həsənə – ona və ata-babalarına salavat olsun – bu və bütün saatlarda (anlarda) rəhbər, mühafiz, yardımçı, bələdçi və nəzarətçi ol! O vaxta qədər ki, camaatın istək və meyli ilə yer üzərində məskunlaşdırasan və ondan uzun müddət faydalandırasan” (10)


Mənbələr:

1) "İqbal", səh. 207.

2) "İqbal", səh. 207.

3) "Misbahul-mutəhəccid", səh. 628; "İqbal", səh. 211.

4) "Misbahul-mutəhəccid", səh. 628; "İqbal", səh. 211.

5) "İqbal", səh. 214.

6) "İqbal", səh. 209; "Biharul-ənvar", c.95, səh. 162. 

7) «النّار» (Ən-nar) sözü "Misbah" kitabında qeyd edilmişdir.

8) “Kafi”, c.4, səh. 161; "Misbahul-mutəhəccid", səh. 629. 

9) "İqbal", səh. 211.

10) "Misbahul-mutəhəccid", səh. 630; Kəfəmi, "Misbah", səh. 586 (azacıq fərqlərlə).


Etiketlər :

Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi