Həzrət imam Rza əleyhissəlamın şəhadəti

24 November 2024

01:07

۲۱۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il, zil-qədə ayının 23-ü, miladi 2023-cü il iyun ayının 12-i bəzi hədislərdə həzrət imam Rza əleyhissəlamın şəhadət günü kimi qeyd edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1444-cü il, zil-qədə ayının 23-ü, miladi 2023-cü il iyun ayının 12-i bəzi hədislərdə həzrət imam Rza əleyhissəlamın şəhadət günü kimi qeyd edilmişdir. Bu hədislərə əsasən, həmin gün din və tarix mənbələrində imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu, bütün şiələrin pənahgahı, həzrət Əbul-Həsən ər-Rza əleyhissəlamın xüsusi ziyarət günü adlanmışdır. Bu əsasla, bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə bu gün münasibəti ilə dərin təsəlli və başsağlığı deyərək, mömin bacı-qardaşlara (uzaqdan da olsa) o həzrətin ziyarətini arzu edirik, Allah ziyarətlərinizi qəbul etsin.

Bir rəvayətə görə, 203-cü ildə İmam Rzanın (əleyhissəlam) şəhadəti baş vermişdir. O həzrəti uzaqdan və yaxından ziyarət etmək sünnədir. Seyid ibn Tavus “İqbal” kitabında belə yazır: “Bəzi əcəm (qeyri-ərəb) səhabələrimizin kitablarında belə gördüm ki, zil-qədə ayının 23-də mövlamız İmam Əli ibn Musa Rzanı (əleyhissəlam) yaxından və ya uzaqdan məşhur və qeyri-məşhur ziyarətnamələri ilə ziyarət etmək müstəhəbdir.

Burada, əziz mömin bacı-qardaşlara həzrət imam Rzanın (əleyhissəlam) məşhur ziyarətnamələrindən birini təqdim edərək, möminləri o həzrətin ziyarətindən bəhrələnmələrini diləyirik:

اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُوسَى الرِّضَا الْمُرْتَضَى الْإِمَامِ التَّقِيِّ النَّقِيِّ وَ حُجَّتِكَ عَلَى مَنْ فَوْقَ الْأَرْضِ وَ مَنْ تَحْتَ الثَّرَى الصِّدِّيقِ الشَّهِيدِ صَلاةً كَثِيرَةً تَامَّةً زَاكِيَةً مُتَوَاصِلَةً مُتَوَاتِرَةً مُتَرَادِفَةً كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ

Əllahummə səlli əla Əliy­yibni Musər Rizəl Mur­­­təzəl imamit təqiyyin nəqiyy, və huccətikə əla mən fəvqəl ərzi və mən təhtəs sərəs siddiqiş şəhid, sə­la­tən kəsirətən tam­­tən za­ki­yətən mutəvasilətən mutə­va­tirətən mutəradifəh, kə­əf­zəli ma səlləytə əla əhə­din min əvliyaik.

İlahi, bəyənilmiş, təqvalı, pak, yer üzündə və onun altında olanlara höccətin, düzdanışan və şəhid imam Əli ibn Musər-Rzaya salam yetir! Dostlarından birinə göndərdiyin ən yaxşı salam tək, ona çoxlu, kamil, bərəkətli, davamlı və ardıcıl salam yetir!

İltimas dua!

-------------------------

Mənbə: Məfatihul-cinan kitabı, zil-qədə ayı.


Etiketlər :

Həzrət imam Rzanın (əleyhissəlam) məşhur ziyarətnaməsi