Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

23 November 2024

21:28

۲۸۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2023-cü il iyun ayının 19-u imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1444-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2023-cü il iyun ayının 19-u imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah onun müqəddəs zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər xanədanını (sallallahu əleyhi və alih) sevib, onlarının yolunun davamçılarına, xüsusən xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!

Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın gövhərbar kəlamlarından


Camaatın nəzərində ədəbin məfhum və mənası, ancaq yüngül və pis danışıqdan çəkinib, yaxşı və əxlaqlı danışmaqdır. Lakin bu məna, əgər insanı Allah-taalanın razılığına və Behiştə yaxınlaşdırmasa, heç də etina ediləsi deyil. Həqiqətdə ədəb odur ki, dinin qaydalarını və şəriət məsələlərini riayət etmək deməkdir. Bu əsasla, İlahi göstərişləri və şəriət hökmlərini riayət etsəniz, həqiqətən ədəb-ərkanlı olduğunuz məlum olar.


Mənbə: İrşadul-qulub, mərhum Deyləmi, səh. 160



Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti