Məhərrəmul-həram, əzadarlıq ayı

23 November 2024

21:18

۲۲۳

Xəbərin xülasəsi :
Miladi 2023-cü il iyul ayının 19-u hicri-qəməri 1445-ci il məhərrəm ayının 1-i ilə müsadifdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Məhərrəmul-həram, əzadarlıq ayı

Miladi 2023-cü il iyul ayının 19-u hicri-qəməri 1445-ci il məhərrəm ayının 1-i ilə müsadifdir. Məhərrəm ayının gəlib çatması ilə bütün müsəlmanlara, xüsusən də Peyğəmbər və Ali Peyğəmbərin (sallallahu əleyhi və alih) istəkli davamçılarına bu ayın əzəmətli şəhidi həzrət Əba Əbdillahil Huseyn əleyhissəlamın və o həzrətin vəfalı yardımçılarının şəhadəti ildönümünü böyük hüznlə başsağlığı və təsəlli veririk. Allah-taaladan arzu edirik bu şərəfli insanların xatirəsini layiqincə yad etməyi həqiqi iman gətirənlərə və Əhli-beyt aşiqlərinə nəsib etsin, inşa Allah.

Cahillik dövründə məhərrəm ayının hörməti qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı, qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz səhrada ən yaxın və əziz insanları ilə birgə vəhşicəsinə qətlə yetirmişlər.

Şübhəsiz, bütün varlığını Allaha əta edən, Allah yolunda ixlasla öz Əhli-beyti və övladlarından keçən imam Huseyn əleyhissəlam ən əzəmətli İlahi nişanələrdəndir və o Həzrətin xatirəsi ilə bərpa edilən əza məclisləri də İlahi nişanələrə hörmət və izzətlə yanaşmaq mənasınadır.

Allahdan bütün möminlər üçün imam Huseyn əleyhissəlamın xatirəsini ləyaqətlə yad etmək səadətini və Axirətdə Əhli-beytin (ə) şəfaətini diləyirəm, Amin!



Etiketlər :

Məhərrəmul-həram əzadarlıq ayı