Aşura günü
24 November 2024
01:31
۲۰۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Aşura günü
Bu gün hicri-qəməri 1445-cü il məhərrəm ayının 10-u, miladi 2023-cü il iyulun 28-i Şəhidlər ağası həzrət imam Huseyn əleyhissəlamın öz vəfalı səhabələri ilə birlikdə Kərbəla səhrasında İslam düşmənlərinə qarşı qiyam edərək yüksək şəhadət məqamına nail olmaları ərəfəsində müsibətli tarixi hadisələrlə məşhur olan Aşura günüdür.
Bu əzəmətli və son dərəcə ağır müsibətli gün münasibətilə həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih), Ummul-Əimmə Siddiqeyi-Kubraya (salamullah əleyha), Əmirəl-möminin əleyhissəlama və bütünlükdə Əhli-Beyt əleyhimussəlama, xüsusən zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu Hüccəti həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün mömin və möminə bacı-qardaşlara başsağlığı və təsəlli deyirik. Ümid edirik ki, Allah-taala əziz möminləri dünyada Əhli-Beytin (əleyhimussəlam) ziyarətindən və Qiyamətdə şəfaətindən məhrum etməsin, inşa Allah. Amin ya Rəbbil-aləmin.
Aşura gününün əməlləri.
1. Matəm saxlayıb əzadarlıq etmək;
2. İmam Hüseyn əleyhissəlamı “Aşura” ziyarətnaməsini oxumaqla ziyarət etmək;
3. Aşura günü imam Hüseyn əleyhissəlamın qatillərinə çoxlu lənət demək və o həzrətin matəminə görə şiələrin bir-birinə başsağlığı verib “İmam Hüseynin (ə) müsibətinə görə Allah sizə əcr versin!” – kimi ibarələri dilə gətirmək tövsiyə olunur.
4. İmam Hüseyn əleyhissəlamın əzadarlarına, məxsusən zəvvarlarına su vermək;
5. “İxlas” surəsini təkrar-təkrar oxumaq;
6. Dörd rəkət namaz qılmaq;
7. “Aşura” günü oruc niyyəti etmədən, axşamçağına qədər yeyib-içməkdən çəkinmək daha yaxşı olar. Günortadan sonra nəsə yemək istədikdə, ləzzətli-dadlı yeməklər deyil, qatıq, süd və bu kimi sadə yeməklər yeyilsin;
8. “Varis” ziyarətnaməsini oxumaq.
İltimas dua