Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın “Ərbəin” ziyarəti
24 November 2024
00:03
۲۰۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın “Ərbəin” ziyarəti
Hicri-qəməri 1445-ci il 20 səfər, miladi 2023-cü il sentyabrın 6-sı həzrət imam Huseyn əleyhissəlamın və onun vəfalı səhabələrinin ərbəin ziyarəti ilə mütabiqdir.
Allah-taala “Aşura” qiyamının yalnız Həzrət Seyyiduş-Şuhəda (əleyhissəlam) vasitəsilə olunmasını müəyyən etdiyi kimi, bu qiyama aid olan özünəməxsus xüsusiyyətlər də müəyyən etmişdi.
Belə xüsusiyyətlərdən biri də heç bir peyğəmbər və övsiyanın şəhadət və vəfatına xas olmayan “Ərbəin” (qırx günü) ziyarətidir.
Həzrət İmam Həsən Əsgəri əleyhissəlamdan nəql edilən bir hədisdə bu ziyarətin əhəmiyyəti barədə buyurur:
رُوِيَ عَنْ أَبِي مُحَمَّدٍ الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَسْكَرِيِّ عليهما السلام، أَنَّهُ قَالَ عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ صَلَاةُ الْإِحْدَى وَ الْخَمْسِينَ وَ زِيَارَةُ الْأَرْبَعِينَ وَ التَّخَتُّمُ فِي الْيَمِينِ وَ تَعْفِيرُ الْجَبِينِ وَ الْجَهْرُ بِ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ
“Möminin beş əlaməti vardır: Əlli bir rəkət (gündəlik vacib və müstəhəb) namazları qılmaq, ərbəin ziyarətini yerinə yetirmək, sağ əlinin barmağına üzük taxmaq, alnında səcdə yerinin əlaməti olmaq və namazında Bismilləhir-Rahmənir-Rahim zikrini ucadan demək.”
Mənbə: Kitabul -Məzar (mərhum Şeyx Mufid) səh. 53