Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

22 November 2024

09:00

۱۹۸

Xəbərin xülasəsi :
Hizcri-qəməri 1445-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2023-cü il sentyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət imam Zamanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

Hizcri-qəməri 1445-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2023-cü il sentyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət imam Zamanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadət günüdür. Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin istəkli və əziz oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün din alimlərinə və Əhli-beyti (əleyhimussəlam) sevib onların yolunu davam etdirənlərə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın gövhərbar əxlaqi hədislərindən:

"من وعظ اخاه سرا فقد زانه، و من وعظه علانية فقد شانه"

“Hər kəs öz (mömin) qardaşını gizlində moizə etsə, şübhəsiz ona zinət bəxş etmişdir və hər kəs onu aşkarda moizə etsə, həqiqətdə ona nöqsan və qüsur yetirmiş olar.”

Mənbə:

“Muntəhəl-amal”, “həzrət imam Həsən Əsgəri əleyhissəlamın bəzi hikmətli hədisləri” bölməsi.

İltimas dua


Etiketlər :

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti