Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
24 November 2024
00:36
۲۱۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
Hicri-qəməri 1445-ci il rəbiul-əvvəl ayının 17-si, miladi 2023-cü il oktyabr ayının 3-ü Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də əziz nəvəsi, imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir. Bu böyük və təntənəli günü həzrət İmam Məhdi Sahib əz-zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir, bütün mömin bacı və qardaşlar üçün dünya və axirətdə səadət arzulayırıq.
Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) təvəllüd günü əslində həzrət Fatimənin, Əhli-beytin mövlud günləridir. Bu əzəmətli bayram günü, yer üzündə sülh və əmin-amanlıq sevən bütün insanlar üçün sevinc və şadlıq günüdür. Bu bayram günü, Allah qarşısında üsyan edən, inad və təkəbbür əhlinin, cahiliyyət bataqlığında eşələnən bütpərəstlərin ümidsiz qalan günüdür. Bu sevinc günü, bəşəriyyətin üzünə elm, hikmət və mərifət qapılarının açılan günüdür. Bu günün bayramı, həyatda insanların ədəb və əxlaq səciyyələrini dərk etmələri bayramıdır. Bu təvəllüd günü, haqq və ədalətsevən insanların iftixarla isnad olunduqları tarixin bayram edilən günüdür...
Arzu edirik bütün mömin bacı-qardaşlar bu böyük bayramda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanlara yadigar saxladığı hər iki dəyərli gövhərə, Qurani-Kərimə və Əhli-Beytə sığınaraq şübhələr və zülmətllərdən nicat tapsınlar, insa Allah.
Iltimas dua!