Fatimiyyə günləri
23 November 2024
23:31
۱۵۳
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Fatimiyyə günləri
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli
ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə
təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
Qurani-Kərim həzrət Fatiməni
(əleyhasəlam) belə tanıtdırır
بسم الله الرحمن الرحیم
«اللهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ
كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا
كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ
وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى
نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللهُ الْأَمْثَالَ لِلنَّاسِ
وَاللهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ»
Əgər bir az həzrət Fatimei-Zəhranı (əleyhasəlam)
tanımaq istəsək, hansı ki, ona Fatimə adı verilib, çünki bütün məxluqat onu
tanımaqda acizdirlər, «لان الخلق فطموا عن کنه معرفتها» -onda gərək müqəddəs Quranla rabitə bərqərar edək və görək onu xəlq edən
Allah-taala Fatiməni necə tanıtdırır, onun barəsində Quran surələri və ayələri
hansı mətləblərə işarə buyurur. Sonra müqabil tərəfə deyək, indi siz də
Fatimei-Zəhranın (əleyhasəlam) müasir qadınları barədə bizə bir ayə göstərin? Qəti
olaraq, Quranda onlara və onların məqamı haqda heç bir tərifəlayiq işarə
tapmayacağıq.
Bu
olduqca təəccüblüdür; Quranın “Leylətul-Qədr”i Fatimədir. Hansı ki, “Leylətul-Qədr”
barəsində Allah-taala Peyğəmbərinə (sallallahu əleyhi və alih) buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ». Quranın “Leylətul-Mubarəkə”si Fatimədir, “و آت ذی القربی حقه” Fatimədir. Bəzi hədislərə əsasən, “فاسئلوا اهل الذکر” Fatimədir. “Dəhr” və “Kövsər” surələri Fatiməyə aiddir. Bunların hər
biri barəsində söhbət etmək istəsək, gərək saatlarla bəhs edib danışaq və
kitablar yazılsın.
(ardını izləyin)