Fatimiyyə günləri

23 November 2024

22:59

۱۳۵

Xəbərin xülasəsi :
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Fatimiyyə günləri

Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır

(ardı)

Bu az olan fürsətdə mübarək “Nur” surəsinin şərəfli ayəsinə işarə edirəm. Əgər yaxşı diqqət etsəniz və bu ayəni zehninizdə saxlasanız, öz vücudunuzda nuranilik hiss edəcək və həzrət Fatimənin məqamının dərkinə yaxın olacaqsınız. Məclisimizin əsas məqsədi də məhz budur.


«اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ» - Allah-taala göylərin və yerin nurudur. Bu nuru dərk etmirik, nə zahiri gözlə, nə də bu məhdud olan qəlb, zehin və fikirlə. 

Belə ki, buyurur: “Allah-taala göylərin və yerin nurudur”, Allahın nuru nədir görəsən? Biz bu zahiri nurları görə bilərik, amma Allahın nuru nədir? Allah-taala Quranda Öz nuru üçün bir misal gətirmək istəyir: «مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ»  -Allahın nuru bir mişkat və çıraqdan kimidir. «فِيهَا مِصْبَاحٌ» - Bu çıraqdanda bir çıraq və şölə saçan cihaz var. «الْمِصْبَاحُ فِي زُجَاجَةٍ» - Bu çıraq büllur bi şüşənin daxilində yerləşibdir. Hər bir kəs bunu başa düşür ki, çırağın ətrafını büllur şüşə əhatə etdikdə onun nurunu qoruyur və nurun davamlı və baqi qalmasına səbəb olur və sönməsinin qarşısını alır. «الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ» - Bu çırağın mənbəyi və onun enerjisi olduqca çoxlu xüsusiyyətlərə malik olan mübarək bir zeytun ağacıdır. «يَكَادُ زَيْتُهَا يُضِيءُ» - Bu çıraq öz-özünə parlayıb şölələnir. وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ» « - Hətta ona od yetişməsə belə, öz-özünə işıq saçır.

Allah-taala buyurur, dünya aləmində Mənim nurumu görmək istəyirsizsə, Mənim nurum bu xüsusiyyətləri olan “Mişkat” kimidir. Sonrakı ayə buyurur: «في بُيُوتٍ أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ».  

Bəzi hədislərdə “Mişkat”ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək vücudu və “Misbah”ı Əmirəl-mömininə (əleyhissəlam) yaxud Peyğəmbərin elminə və “Zücacə”ni Əmirəl-mömininə tətbiq etmişlər. Bəzi hədislər isə “Mişkat”ı Fatimə adlandırmışlar. Mən burada həmin məna ətrafında danışmaq istəyirəm. Hətta əgər bu haqda hədis də olmasaydı, ayənin ardınca buyurur: «في بُيُوتٍ أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ».  – Öz nurunu ona təşbeh edən Allahın bu “Mişkat”dan məqsədi nədir? Yer üzündə bəşərin Allah nurunu görə bilməsi üçün Allah-taala buyurur, bu evlərə nəzər salın.

Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sual etdilər ki, Allahın adının və zikrinin deyilib ucalmasına izin verdiyi ev hansıdır? Bu ev, bütün insanların evindən və bütün saraylardan fərqli bir evdir. Bu nurani vücudlar bütün insanlar arasında işıq saçıb parlayır. Allah-taala bu evlərə icazə veribdir ki, batini və mənəvi baxımdan ucalıb yüksəlsinlər.

Bu evlərdə يُذْكَرَ فيهَا اسْمُهُ  - Allahın adı zikr edilir, gevələr və gündüzlər bu evlərdə Allah təsbih deyilir. Sonrakı ayədə bu evlərin üzvləri və şəxsiyyətləri tanıtdırılır. «رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ» - Onlar həmişə Allahın zikrinə məşğuldurlar, namaz qılmaq və zəkat vermək halındadırlar. «يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ»  - Onlar Allahın məqam və qüdrətindən, eləcə də Qiyamət günündən xof edirlər.


 (ardını izləyin)



Etiketlər :

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır