Fatimiyyə günləri

23 November 2024

23:00

۱۴۱

Xəbərin xülasəsi :
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Fatimiyyə günləri

Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır

(ardı)

Qardaşlar və bacılar, bu ayələri yadda saxlayın. Allah demək istəyir ki, ey bəşər, əgər Mənim nurumun bir cüzini görmək istəyirsənsə, Fatiməi-Zəhraya bax, Əliyə bax, Məsum imamlara bax. Bunlar yer üzündə Allahın nurudur. Həzrət Hadi əleyhissəlam “Camiə” ziyarətnaməsində buyurur: «خلقکم الله أنواراً فجعلکم بعرشه محدقين حتّي منّ علينا» - Bunlar Allahın nuru və yer üzündə Allah nurunun nümunəsidirlər. Fatimə Allahın nurudur, necə ki, Peyğəmbər və Əli Allahın nurudur.

Hədisdən istifadə etmədən bu ayələrin özündən Əhli-beytin (əleyhimussəlam) məqamını dərk etmək olur. Allah-taala buyurur: Mənim nurumun məsəli bu xüsusiyyətli olan Mişkatdır və bu xüsusiyyətli mişkatın nümunəsi də bu evlərdir. Hansı evlər? O evlər ki, «أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فيها بِالْغُدُوِّ وَ اْلآصالِ‌‍» , Quran uca və aydın səslə buyurur: Ey bəşər! Baxışın İlahi nurlara olsun, nəzərin Fatiməyə olsun. Mənim nuruma çatmaq, Mənim nurumdan bəhrələnmək istəyirsənsə, sən Mənim nurumu dərk edə bilməzsən! Amma yer üzündə Öz mislimi yaratmışam, «هم فاطمة و ابوها و بعلها و بنوها» - Mənim mislim, Fatimə, onun atası, həyat yoldaşı Əmirəl-möminin və onun pak övladlarıdır.

Bir zaman fikirləşirdim ki, Məsum imamların (əleyhimussəlam) buyurduqları bu hədis: «نحن حجج الله علی عباده و فاطمة حجةٌ علینا» - Həzrət Fatimənin imamlar üçün hüccət olmasının mənası nə deməkdir? Bu ayəyə əsasən, həzrət Fatimə bütün imamları qoruyub hifz edəndir. Fatimə Əlinin mişkatıdır və Əli misbahdır, Həsən misbahdır, sonuncu imama qədər, onlar hamısı çıraqdırlar. Amma bu çırağın nurunu və şölələrini qüvvətlə qoruyan və ona xüsusi parlaq və işıq bağışlayan Fatimədir.

İmam Sadiq əleyhissəlam bir hədisdə buyurur: «أنا فرعٌ من فروع الزیتونة من شجرة مبارکةٍ زیتونة و قندیل من قنادیل بیت النبوة» - Mən mübarək zeytun ağacının budaqlarından biriyəm.

Allahın, Peyğəmbərin və imamların nurunun mişkatı olan və yer üzündə Allah-taala onu Öz məsəli və nümunəsi yaradan Fatiməni tanımağa və onun ardıcılı olmağa dəyərmi? Onun necə bir varlıq və əzəmət sahibi olduğunu bilmək münasib olmazmı?

Bu məclisi təşkil etməkdə məqsədimiz də elə budur ki, zehni cəhətdən və öz dinimizin hörmətli şairlərin zövqü ilə Həzrəti daha yaxşı tanımağa nail olaq. Məlumdur ki, bu gözəl şerləri bizim üçün yaza bilən şairlərin qəlbinə və zehninə Fatimənin nuru saçmış və inikas etmişdir.

Allaha şükür olsun ki, iki-üç onillikdə bu ölkədə Fatimənin səsi dünya əhlinin qulağına yetir. Allahın inayəti İran millətinə, yalnız şiələrə deyil, əslində müsəlmanlara və bütün bəşəriyyətə şamil olmuşdur, bir miqdar Fatiməni tanımağa nail olmuşuq ki, Fatimə kimdir? Əziz şairlər mən bilmirəm Quran ayələrində Fatiməyə aid olan İlahi inayətlər şerlərdə də vardır, ya xeyr? Cənab Şəriətinin oxuduğu olduqca gözəl şerində bu ünvanların bəziləri var idi. Bu məsələyə, yəni Fatiməni Quran baxışından tanımağa daha çox diqqət etməliyik.

Bizim sualımız budur ki, mişkat olan Fatimə, Allahın nurunun nümunəsi olan Fatimə, Allahın zikrinin edilməsi izni verilən evlərin mehvəri olan Fatimə, layiqdirmi ona deyilsin sözlərinin doğru olması üçün şahid gətir? Görəsən, onu məscidə çəkmələri düzgün idimi? Qapı və divar arasında sıxılmağa layiq idimi? Görən, küçədə üzünə şillə vurulması münasib idimi? Ey bəşər! Sən bu Allah nuru ilə nə etdin?

O zaman zülm olundu və ən pis zülmlər olundu. İndi də deyirlər ki, Fatimə barəsində söhbət etməyin! Fatimənin məqamlarını dilə gətirməyin, Fatimənin məzlumiyyətinə aid danışmayın! Biz danışmayaq, bəs Qurana nə deyirsiz? Məgər Quran Fatimənin məqamını bəyan etməyibmi? Kövsər surəsini Qurandan silə bilərsinizmi? Nəyin ardıncasınız? Qəflət yuxusundan oyanın və bu parlaq nurlardan istifadə edin...

(iltimas dua)


Etiketlər :

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır