Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) təvəllüdü
23 November 2024
22:20
۱۲۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) təvəllüdü
Hicri qəməri 1445-ci il cumadis-saniyə ayının 20-si, miladi 2023-cü il yanvarın 3-ü Allah-taalanın əzəmət və qüdrət nişanəsi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru, ürəyinin parası və Əmirəl-möminin əleyhissəlamın sevinci və sirdaşı, on bir imam anası həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) təvəllüd günüdür.
Bu müqəddəs və iftixarlı gün münasibətilə bütün müsəlmanlara, həmçinin bacı və analara, xüsusən o Həzrətin ədəb, əxlaq və yaşayış tərzini özünə örnək və nümunə bilən möminə xanımlara səmimi qəlbdən təbrik deyir və şadlıq diləyirik.
Əhli-təsənnün mənbələrində həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) fəzilətlərindən
"ما رَضِيْتُ حَتّى رَضِيَتْ فاطِمَة"
Həzrət Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) buyurur:
“Mən yalnız Fatimənin razılığı ilə xoşnud olaram” (1)
Həmçinin buyurur:
إذا کانَ یَوْمُ القیامَةِ نادى مُنادٍ: یا أَهْلَ الجَمْعِ غُضُّوا أَبْصارَکُمْ حَتى تَمُرَّ فاطِمَة
“Qiyamət bərpa olduqda belə nida olunar: Ey məhşər əhli! Gözlərinizi yumun, Fatimə keçsin.” (2)
-------------------
Mənbə:
1- “İmam Əli əleyhissəlamın mənaqibi”, İbni Məğazili, səh. 342
2- Usdul-ğabə, cild-5, səh. 523; Zəxairul-uqba, səh. 48, Kənzul-ummal, cild-13, səh. 91...
İltimas dua