Mübarək Ramazan ayının gəlişi

23 November 2024

21:02

۱۰۵

Xəbərin xülasəsi :
Hicri qəməri 1445-cü il ramazan ayının 1-i, miladi 2024-cü il martın 12-i ibadət aylarının ən yüksəyi, Allah-taalanın xüsusi ziyafət ayının ilk günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək Ramazan ayının gəlişi

Hicri qəməri 1445-cü il ramazan ayının 1-i, miladi 2024-cü il martın 12-i ibadət aylarının ən yüksəyi, Allah-taalanın xüsusi ziyafət ayının ilk günüdür. Gözəl və əzəmətli olan bu ayın gəlişini bütün müsəlmanlara, xüsusən Quran və Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə səmimi təbrik deyir, paklıq və mənəviyyat ayında möminlərə ən gözəl bəndəçilik və İlahi məqamlar arzulayırıq.

Həzrət imam Kazim əleyhissəlam buyurur:

منْ صَلَّى عِنْدَ دُخُولِ شَهْرِ رَمَضَانَ رَكْعَتَيْنِ تَطَوُّعاً قَرَأَ فِي إِحْدَاهُمَا [أُولَاهُمَا] أُمَّ الْكِتَابِ وَ إِنَّا فَتَحْنَا لَكَ فَتْحاً مُبِيناً وَ الْأُخْرَى مَا أَحَبَّ دَفَعَ اللَّهُ تَعَالَى عَنْهُ سُوءَ سَنَتِهِ وَ لَمْ يَزَلْ فِي حِرْزِ اللَّهِ تَعَالَى إِلَى مِثْلِهَا مِنْ قَابِلٍ.

“Hər kəs Ramazan ayının yetişdiyi zaman iki rəkət müstəhəb namaz qılsa; birinci rəkətdə-Həmd (fatihə) surəsindən sonra Fəth surəsini, ikinci rəkətdə-Fatihədən sonra istənilən bir surəni oxumaqla, Allah-taala ondan həmin ilin şərrini dəf edib uzaqlaşdırar və gələn ilə qədər Allahın pənahında qalar.”

Mənbə: İqbalul-əmal, cild-1, səh. 87

İltimas dua!


Etiketlər :

Mübarək Ramazan ayının gəlişi