Ramazan ayının yeddinci gününün duasının qısa izahı
23 November 2024
20:11
۹۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının yeddinci gününün duasının qısa izahı
“اللَّهُمَّ أَعِنِّي فِيهِ عَلَى صِيَامِهِ وَ قِيَامِهِ وَ جَنِّبْنِي فِيهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِي فِيهِ ذِكْرَكَ بِدَوَامِهِ بِتَوْفِيقِكَ يَا هَادِيَ الْمُضِلِّينَ”
“Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin.”
“İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol; məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır; Öz köməyinlə Səni daim yad etməkdə məni müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!”
Duada işlənən əsas kəlmələr və ifadələr:
Siyam və qiyam (oruc və gecə ibadəti); Daimi zikr etmək; İlahi müvəffəqiyyət.
İstifadə olunan sifariş və peyğamlar:
1-Hədisdə deyilir ki, oruc cəhənnəm odunun müqabilində bir qoruyucudur; (Vəsailuş-Şiə, cild-7, səh. 285)
2-Hər kim ramazan ayı Allaha xatir oruc tutsa, bütün günahları bağışlanar; (Təfsir Məraği, cild-2, səh. 69)
3-Ramazan ayında gecə oyaq qalıb ibadət etməyə, xüsusən gecə namazına çox təkib edilir; (Təhzibul-əhkam, cild-2, səh. 122)
4-Ramazan ayında ən üstün və fəzilətli əməl günahdan uzaq olmaq və haramı tərk etməkdir; (Vəsailuş-Şiə, cild-10, səh. 314)
5-Ramazan ayında necə ki, yaxşı əməlin dəyəri çoxdur, xoşagəlməz əməlin pisliyi də neçə bərabərdir;
6-Ancaq Allahın zikri ilə qəlblər rahatlıq hiss edir və xatircəmlik duyurlar; Rəd surəsi, ayə 28)
7-Allah-taala birinə tövfiq verərsə, onun İlahi dəyərlərə tərəf cəlb olunması da artır və ardıcıl günahlar səbəbinə tövfiqi səlb olur və aradan gedir. Nəticədə mənəvi məsələlərə meyli azalır.
Allahdan bütün möminlər üçün bu ayda müvəffəqiyyət və yüksək mənəviyyat diləyirəm; Amin ya Rabbil aləmin.
Dualarınızda möminləri də yad edin