Ramazan ayının doqquzuncu gününün duasının qısa izahı
23 November 2024
17:19
۱۱۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının doqquzuncu gününün duasının qısa izahı“اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ نَصِيبا مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ وَ اهْدِنِي فِيهِ لِبَرَاهِينِكَ السَّاطِعَةِ وَ خُذْ بِنَاصِيَتِي إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ بِمَحَبَّتِكَ يَا أَمَلَ الْمُشْتَاقِينَ”
“Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ilə mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.”
Duada işlənən əsas kəlmə və ifadələr:
Geniş rəhmət; aydın və möhkəm dəlillər; alnımı sövq ver; İlahi məhəbbət; razılığına səbəb əməllər.
Duanın peyğam və sifarişləri:
1-Allah-taalanın geniş rəhməti dedikdə, məqsəd həm kafirə, həm də möminə şamil olan rəhmətidir. Onun müqabilində xüsusi rəhmətdir, yəni ancaq iman əhlinə məxsus olan rəhmətdir;
2-Həzrət imam Sahibəz-Zaman (Allah onun zühurunu tezləşdirsin) Allah-taalanın geniş rəhmətinin məzhəri və təcəllisidir. Allahın yer üzündə canişini və xəlifəsi olduğu üçün xalqa əta edilən bütün nemətlər onun vasitəsilə çatdırılır;
3-Nur saçan dəlillərdən məqsəd, Qurani-Kərimin müqəddəs ayələri və Əhli-beyt əleyhimussəlamdır;
4-Həzrət imam Sadiq əleyhissəlam buyurur: “Məsum imamlar (əleyhimussəlam) Allah-taalaya mərifət tapmaq qapılarıdır və Allah imamların vücudu ilə Öz hüccətini insanlara tamamladı; (Təvilul ayat, cild-1, səh.86, hədis-72)
5-Allahdan istəyirik ki, bizim alnımızı ancaq Öz müqəddəs zatının müqabilində səcdə etmək üçün torpağa vursun.
6-Allahın razılığı Ona itaət etməyin ardınca gəlir və ən böyük nemətdir. Allahın bəşarət verdiyi vədələr Onun razılığının sayəsində həqiqətə yetirlər. Demək, İlahinin razılığı bütün nemətlərin cəmi və toplusudur.
7-Allah-taalanın məhəbbətinin ən böyük əsəri İlahinin iradəsi, qəza və qədərinə razı olmaqdır, ona görə ki, məhbub hər nə etsə, muhibbin və aşiqin nəzərində gözəldir.
Allah-taala möminlərə Öz razılığını əta etsin, ta ki, Onun məsləhətini canla-başla qəbul edib, ona razı olaq, Amin! Ya Rabbil aləmin!
Möminləri də dua etməyi unutmayın