Ramazan ayının on ikinci gününün duasının qısa izahı
23 November 2024
17:40
۹۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on ikinci gününün duasının qısa izahı
اللَّهُمَّ زَيِّنِّي فِيهِ بِالسِّتْرِ وَ الْعَفَافِ وَ اسْتُرْنِي فِيهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْكَفَافِ وَ احْمِلْنِي فِيهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّي فِيهِ مِنْ كُلِّ مَا أَخَافُ بِعِصْمَتِكَ يَا عِصْمَةَ الْخَائِفِينَ
"Əllahummə zəyyinni fihi bis-sitri vəl əfaf, vəsturni fihi bilibasil qunu`i vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin."
“İlahi! Bu gün məni eyiblərin örtülməsi və iffətli olması ilə zinətləndir; mənə qənaət və kifayət libasını geyindir; məni ədalətli və insaflı olmağa müvəffəq et; məni qorxduğum işlərdən amanda saxla; Öz mühafizənlə, ey Qiyamət xofunda olanların qoruyucusu!”
Duada işlənən söz və ifadələr:
Eyiblərin örtülməsi; İffətli olmaq; Qənaət və kifayətlənmək; Ədalət və insaf; Xof və qorxu əmniyyəti.
Duanın sifariş və peyğamları:
1-Eyibləri örtmək mədh olunan İlahi sifətlərdəndir və Allah-taala bizi də eyibləri örtməyə dəvət edir;
Əmirəl-möminin əleyhissəlam buyurur: “Xoş olsun o şəxsə ki, başqalarının eyiblərini axtarmaqdansa, öz eyiblərini düzəltməyə çalışır. (Mustədrəkul-vəsail, cild-1, səh. 116)
2- İffət, əxlaqi fəzilətlərdəndir, həm kişi, həm də qadına aiddir. İffət, insanı haram və nəfsi istəklərdən qoruyan daxili bir halətdir. Bəzən iffət iki sahədə müzakirə olunur: əməli iffət və fikri iffət. Əməli iffət-gözün, qulağın, dilin, əlin... iffətli olması və günahdan qorunmasıdır. Fikri iffət-hətta düşüncə və təsəvvürü də ehtiva edir, təqvalı və güclü iman sahiblərinin işidir.
Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) buyurur: “Allah yanında ən istəkli iffət, qarnın və şəhvətin iffətidir.” (Tənbihul-xəvatir, cild-2, səh. 30)
3-Qənaət, tamahkarlığın zidd mənasıdır. Tamahkarlıq, çox istəmək, qənaət isə kifayətlənmək və razı olmaqdır. Qənaət, o deyil ki, insan yaxşı şəraitdə yaşamaq üçün çalışıb, zəhmət çəkməsin, əksinə İslam hər zaman yaxşı və xoş yaşamağa təkid buyurur, lakin qənaət odur ki, insan onun-bunun əlinə göz dikməsin, özü çalışsın və özünə gözəl həyat şəraiti yaratsın.
Hədislərdə qənaət izzət amili və tamahkarlıq isə zillət amili olaraq tanıtdırılır. Tarixi hadisələr də bunu sabit edir. Atalar məsəlidir, çox istəyən azdan qalar...
4-Ədalət və düzlüyü riayət etmək nümunələrindən biri alqı-satqıda və tərəzidə çəkini doğru riayət etməkdir. Ona görə də, alış-verişdə maldan kəsmək haram əməllərdən sayılır. (Ölçüdə və çəkidə ədalətə riayət edin! Ənam surəsi, ayə 152)
Həzrət Əli əleyhissəlam buyurur: “İmanın dörd dirəyi vardır; Səbir, yəqin, ədalət və cihad.” (Nəhcul bəlağə, hikmətlər bölümü)
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “İnsaf, həqiqi möminlərin sifətlərindəndir.” (Biharul-Ənvar, cild-72, səh. 25)
5-Oruc tutanın mükafatlarından biri Qiyamət xofundan amanda qalmasıdır.
Hədisdə deyilir ki, ravi ərz edir : “Ya Rəsuləllaha (sallallahu əleyhi və alih) mənə Beheştə daxil olmaq üçün bir əməl öyrət. Həzrət buyurur: Ramazan ayında oruc tut...” (Təfsir Nümunə, cild-17, səh. 629)
Həmçinin hədisdə deyilir: “Oruc tutmaq insanı cəhənnəm odundanqoruyar.” (Əl-Kafi, cild-4, səh. 162)
Allahım! Möminlərə ədəb və əxlaqi səciyyələrdə nümunəvi olmaqda kömək ol, onları nemət və yaxşılıqlar müqabilində qədirdan və əmanətə vəfa edən sadiq bəndələrindən et; Amin, ya Rəbbəl aləmin!