Ramazan ayının on beşinci gününün duasının qısa izahı
23 November 2024
18:57
۱۱۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
اللَّهُمَّ ارْزُقْنِي فِيهِ طَاعَةَ الْخَاشِعِينَ وَ اشْرَحْ فِيهِ صَدْرِي بِاِنَابَةِ الْمُخْبِتِينَ بِأَمَانِكَ يَا أَمَانَ الْخَائِفِينَ
“Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.”
“İlahi! Bu gün Sənə müti olub xüşu ilə ibadət edənlərin itaətini mənə nəsib et, təvazökar və tövbə edən bəndələrin kimi qəlbimi genişləndir, Öz aman verməyinlə, ey ürəkləri qorxanlara aman verən!”
Duada gələn əsas kəlmə və ifadələr:
İbadətdə xüşu; Qəlbin genişliyi; Muxbitin (mütəvaze); Allah xofu.
Duanın sifariş və peyğamları:
1-Xüşu elə bir halətə deyilir ki, sanki zəhimli sultanın müqabilində durub bütün fikrini və diqqətini ona yönəldibsən; (Əl-Mizan, cild-2, səh. 11)
Qurani-Kərim möminin xüsusiyyətlərində birini xüşu tanıtdırır; (Muminun surəsi, ayə 1 və 29)
2-Müsibətlər və çətinliklər müqabilində səbirli və dözümlü olmaq geniş qəlbli olmaq nişanələrindən biridir;
Qurani-Kərim geniş qəlbli olmağı Peyğəmbərə (sallallahu əleyhi və alih) əta edilən böyük nemət kimi tanıtdırır; (İnşirah surəsi, ayə 1)
3-Muxbitin, mütəvaze mənasınadır;
Həzrət imam Həsən Əskəri (əleyhissəlam) buyurur: “Təvazö” elə bir İlahi nemətdir ki, başqalarının həsadət etməsinə səbəb olmaz; (Tuhəful-uqul, səh. 363)
4-Həzrət imam Sadiq əleyhissəlam buyurub: Hər kimin qəlbində Allah xofu olsa, Onun itaətində qüsura yol verməz; (Mustədrəkul-vəsail, cild-11, səh. 228)
5-İnsanın yəqini hər nə qədər Qiyamət və cəza gününə nisbət möhkəmlənsə, qəlbində günah xofu artacaqdır.
Mömin bacı-qardaşları bu günün mövludu, həzrət imam Müctəbanın (əleyhissəlam) təvəllüd günü münasibətilə səmimi təbrik edir, onların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.
İlahi! Möminlərə xüzu və xüşu ilə taət və ibadət nəsib et; onlara müsibətlər müqabilində səbirli və dözümlü olmaqda tövfiq ver; qəlblərini genişləndir və onlarda Allah xofunu artır, Amin, ya Rəbbil aləmin!