Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
23 November 2024
15:12
۱۲۶
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günüHicri-qəməri 1445-ci il şəvval
ayının 25-i, miladi 2024-cü il mayın 4-ü imamət və xilafət səmasının parlaq
ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın
haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı
şəhadətinin ildönümüdür.
Bu əzəmətli və qüssəli müsibəti
ilk növbədə zamanın imamı və əsrin mövlası həzrət Hüccət ibn Həsənə (Allah onun
zühurunu tezləşdirsin) təsəlli verir, həmçinin bütün möminlərə, xüsusən dəyərli
azəri xalqına başsağlığı deyirik.
Ümidvarıq əziz möminlər həzrət
Sadiq əleyhissəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək
Allah-taalaya layiqli ibadət və itaət etməyə nail olacaqlar, İnşa Allah!
Altıncı imam, həzrət Sadiq əleyhissəlamın adı Cəfər, kunyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir.
Əziz atası İmam Baqir (əleyhissəlam), hörmətli anası isə Ümmü-Fərvə olmuşdur.
Həzrət imam Sadiq əleyhissəlamın
təvəllüdü hicri-qəməri 83-cü il, rəbiul-əvvəl ayının 17-si (miladi 702-ci il, aprel ayının 20-si) və şəhadəti hicri-qəməri
148-ci il, şəvval ayının 25-i (miladi 765-ci il, dekabrın 13-ü) tarixi ilə müsadifdir. Həzrət Sadiq əleyhissəlam altmış beş
yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.
Müqəddəs məzarı Mədinə şəhərinin
“Bəqi” qəbiristanlığında, əziz atasının məzarı kənarındadır.
Həzrət Cəfəri-Sadiq (əleyhissəlam)
hicrətin yüz on dördüncü ilində imamlıq məqamına yetişmiş və hicrətin yüz qırx
səkkizinci ilinə qədər, otuz dörd il müddətində bu müqəddəs məqama sahib
olmuşdur. Bu dövr Əməvilər hakimiyyətinin sonu və Abbasilər sülaləsinin əvvəlinə
təsadüf edir.
Həzrət Sadiq əleyhissəlam altmış beş yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.
Bir daha bu müsibətli və qəm-qüssəli günü qəlbində Əhli-beyt əleyhimussəlamın məhəbbəti olan bütün insanlara başsağlığı və təsəlli deyirik.