Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

08 October 2024

13:29

۴۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il məhərrəm ayının 12-i, miladi 2024-cü il iyulun 18-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür




آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 1446-cı il məhərrəm ayının 12-i, miladi 2024-cü il iyulun 18-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. 

Bu əzəmətli müsibət gününü ilk növbədə o həzrətin əziz övladı imam Sahib əz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq, Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

إنَّ الْمَعْرِفَهَ، وَکَمالَ دينِ الْمُسْلِمِ تَرْکُهُ الْکَلامَ فيما لايُغْنيهِ، وَقِلَّهُ ريائِهِ، وَحِلْمُهُ، وَصَبْرُهُ، وَحُسْنُ خُلْقِهِ  ؛(1)

Hər bir müsəlmanın mərifəti və dininin kamil olması, həm özünün və həm də başqalarının halına təsir etməyən və dəyərsiz sözləri tərk etməsinə, riyakarlıq və özünü göstərməkdən uzaq olması, həyatda qarşıya gələn çətinliklərə dözməsi, xoşagələn əxlaqa və gözəl rəftalı olmasına bağlıdır.

Mənbə: 

1- Tuhəful-uqul, səh. 202; Biharul-ənvar, cild-2, səh. 129, hədis-14

İltimas dua!


Etiketlər :

Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü