Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

08 October 2024

12:35

۴۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il səfər ayının 7-si, miladi 2024-cü il avqustun 12-i bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1446-cı il səfər ayının 7-si, miladi 2024-cü il avqustun 12-i bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür. Qəm-qüssə içində olduğumuz səfər ayında Əhli-beytin (əleyhimussəlam) kərim və hörmətli şəxsiyyəti ləqəbi ilə tanınmış həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) böyük və əziz nəvəsinin şəhadət günüdür.

Bu əzalı və müsibətli gün münasibətilə öncə həzrət Peyğəmbərə və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam), xüsusən zamanın İlahi rəhbəri və məsum imamına həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), daha sonra Quran və Əhli-beyt sevərlərinə, məxsusən, xalqımızın müsəlman və mömin təbəqəsinə başsağlığı deyir və onlara səadətli həyat, mənəvi məqamlar və Allah-taalanın razılığını əldə etmək nailiyyəti arzulayırıq.

Həzrət imam Həsən Müctəbanın (əleyhissəlam) qiymətli sözlərindən 

لا أَدَبَ لِمَنْ لا عَقْلَ لَهُ، وَ لا مُرُوَّةَ لِمَنْ لاهِمَّةَ لَهُ، وَ لا حَیاءَ لِمَنْ لا دینَ لَهُ»

“Ağlı olmayanın ədəbi də yoxdur, himmət və iradəsi olmayanın mürüvvət və mərdanəliyi də olmaz, dini olmayanın abır-həyası da olmaz.”

Mənbə: 

Biharul-ənvar, cild-75, səh.111, hədis 6


Etiketlər :

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti