Həzrət Rəsuləllahın (s) rehləti və imam Həsənin (ə) şəhadəti

21 November 2024

19:54

۳۸

Xəbərin xülasəsi :
Hicri qəməri 1446-cı il səfər ayının 28-i, miladi 2024-cü il sentyabrın 2-i Allahın həbibi və Rəsulu həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və onun əziz nəvəsi Fatimei-Zəhranın (əleyha səlam) ilk övladı və qəlbinin parası həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehləti və imam Həsənin (əleyhissəlam) şəhadət günü

Hicri qəməri 1446-cı il səfər ayının 28-i, miladi 2024-cü il sentyabrın 2-i Allahın həbibi və Rəsulu həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və onun əziz nəvəsi Fatimei-Zəhranın (əleyha səlam) ilk övladı və qəlbinin parası həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür.  Bu böyük müsibətli günün münasibətilə öncə Allah-taalanın yer üzündə təyin etdiyi sonuncu hüccəti və imamı həzrət Məhdi Sahib əz-Zamana (Allah onun şərəfli zühurunu tezləşdirsin) sonra bütün mömin bacı-qardaşlara, xüsusən də müqəddəs Qurani-Kərimdən ayrılmaz Əhli-Beytə (əleyhimussəlam) eşq və rəğbət bəsləyənlərə təsəlli və başsağlığı deyirik. Allah-taala bu günün əzadarlığını Əhli-Beyt əleyhimussəlamın bütün aşiqlərindən qəbul etsin, Amin ya Rəbbil aləmin!

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hikmətli kəlamlarından

1-Ümmәtimdәn iki dәstә islаh оlunsа, ümmәtim tаmаmilә islаh оlаr, fаsid оlsа, tаmаmilә fаsid оlаr: Аlimlәr vә hаkimlәr.

2-Müsәlmаn оdur ki, müsәlmаnlаr оnun әli vә dilindәn аmаndа qаlsınlаr (ondan zərər görməsinlər).

3-Yахşı işә yоl göstәrәn özü sаnki о işi görür.

4-Cәnnәt аnаlаrın аyаqları аltındаdır.

5-Qаdınlаrlа dаvrаnışdа Аllаhdаn qоrхun vә оnlаrа yаrаyаn yахşılığı әsirgәmәyin.

6-İnаdlı оlmаqdаn çәkinin, çünki оnun sәbәbi nаdаnlıq, nәticәsi isә pеşmаnlıqdır.

7-Dоğru dаnışmаq ürәyi аrхаyınlаşdırаr, yаlаn dаnışmаq şübhә vә pәrişаnlıq gətirər.

8-Ürәk islаh оunmаyıncа imаn yаrаnmаz, dil islаh оlmаzsа, ürәk islаh оlmаz.

9-Hаlаl sәrvәtin yахşı аdаm әlindә оlmаsı çох gözәldir.

10-Аdаmlаrı dоstlаrındаn tаnı, çünki insаn özünә uyğun оlаnla dost olar.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:

جُلُوسُ المَرءِ عِندَ عِيالِهِ أحَبُّ إلَى اللّه ِ مِنِ اعْتِكافٍ في مَسجِدي هذا

“Kişinin öz arvad və uşaqları kənarında oturması (və onlara vaxt qoyub, məhəbbət göstərməsi) Allah taala üçün mənim bu (Mədinə şəhərində olan) məscidimdə etikaf etməsindən daha istəklidir.”

Mənbə: Tənbihul-xəvatir, cild-2, səh. 122


İltimas dua!






Etiketlər :

Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehləti və imam Həsənin (əleyhissəlam) şəhadət günü