Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
24 January 2025
09:58
۳۶
Xəbərin xülasəsi :
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
-
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
-
Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
-
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
Bismilləhir-Rahmənir-Rahim
Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibətilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.
Məşhur nəzərə əsasən, həzrət Zeynəb (əleyhasəlam) hicri-qəməri 6-cı il cumadil-ula ayının 5-i müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.
Əziz atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam), hörmətli anası isə həzrət Fatimei-Zəhra əleyhasəlamdır.
Həyat yoldaşı Abdullah ibn Cəfər ibn Əbi Talib (əleyhimussəlam) olmuşdur.
Bəzi məşhur ləqəblərindən, Əqiləye Bəni Haşim, Siddiqei-Suğra, Alimətun ğeyri muəlləmə, Fəhimətun ğəyri mufəhhəmə, Məhbubətul-Mustəfa (s), Saniyətuz-Zəhra (əleyhəssəlam) olmuşdur.
İbn Həcər “Əl-isabə” və İbn Əsir “ Usdul-ğabə” kitabında həzrət Zeynəi-Kubranın (ə) haləti haqda yazıblar: Məlun Yezidin məclisində həzrət Zeynəb əleyhasəlam elə bir cümlələr söyləmişdir ki, bu cümlələr o Həzrətin qəlbinin qüvvətli olmasına dəlalət edir.
Gecələr ibadətdə, günuzlər oruc tutar və xalq arasında təqva əhli kimi tanınmışdır...