Ayətullah Fazel Lənkəraninin Gülüstan vilayəti əhli-sünnə cümə və camaat imamlarına açıqlamaları
30 January 2025
16:58
۲۶
Xəbərin xülasəsi :
-
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı
-
Həzrət Əbu Talib əleyhissəlamın vəfatı
-
Həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
İxtilaf səsi; Şeytanın çağırışı
Xəbərin xülasəsi
Bütün bu beynəlxalq insan hüquqları bəyannaməsinin gizli məqsədi budur ki, Amerika bu səviyyədə vahid qlobal kənd qurmaqla bu Quranı bizdən almaq istəyirlər. Əsl məqsəd budur. Heç bir məsələ burada Şiə, Sünni, Zeydi və ya İsmaili deyil, hətta Yəhudi və Xristian məsələsi də deyil. Onların gözündə Tövrat və İncil də dəyərsizdir, deyirlər ki, bütün ölkələrin əməl qaydaları bizim yazdığımız bu insan hüquqları bəyannaməsinə əsaslanmalıdır və səmavi kitablar isə yığışdırılmalıdır!
Onların ikinci məqsədi ölkələrə hakim olmaqdır, müasir köləliyi ən sərt şəkildə tətbiq etmək istəyirlər ki, onlar icazə vermədən bir stəkan su belə içə bilməyəsiniz. Azadlıq adı altında insanların azadlığını alırlar. Dini məkanları və simvolları aradan qaldırmaq məqsədindədirlər. Məkkə, Mədinə, Məscidül-Aqsanı və məscidləri yox etmək istəyirlər. Dini iclasları, yığıncaqları məhv etmək istəyirlər.
Onların planı odur ki, bir zaman nə məscid, nə huseyniyyə, nə də elmi hövzələr olsun. Hətta elm sahəsində deyirlər ki, biz sizə nə öyrətsək, onu öyrənməlisiniz. Alimlər ayıq olmalıdır, bu təhlükəni hiss etməliyik və anlamalıyıq ki, bu çox böyük bir təhlükədir.
Əgər İslamın əvvəlində Peyğəmbər (s.a.v) yetmiş döyüş və müharibədə mübarizə aparıbsa və biz də bəzən deyirik ki, nə çətin vaxt imiş, indi isə İslamla düşmənçilik o vaxtlardan min qat daha çətin və mürəkkəbdir.
Bu təhlükəni qəbul etməyən insanlar və «ABŞ və İsrail öz işlərini görürlər, biz də öz həyatımızla məşğul olaq»- deyənlər çox sadəlövhdirlər.
Keçmişdə İngiltərə bir yeri öz müstəmləkəsi edirdi, Fransızlar başqa birini, Amerika da başqa birini, amma bu gün «الکفر ملّةٌ واحدة», yəni bütün müstəmləkəçi ölkələr əl-ələ verib ki, insanları öz müstəmləkələrinə çevirsinlər.
Buna görə biz çox ayıq olmalıyıq. Bu nöqtədə inqilabın qiyməti anlaşılır. Əgər bu inqilab olmasaydı, bu gün İran xalqı və hətta bütün dünya xalqları düşüncə səviyyəsi baxımından bu qədər bir şüurda olmazdılar.
İran bu gün dünyaya düşməni tanıdıb. İsrailin o qorxunc və dəhşətli, qan içən siması ki, yalnız müharibə etmək, qətl etmək və günahsız qadınları, uşaqları öldürməkdən başqa heç bir gücü yoxdur, harada özünü göstərə bilərdi?
Böyük din alimlərimizin Qəzzə xalqına qarşı olan həssaslığı, İraq və Əfqanıstanın şiələrinə qarşı olan həssaslıqla eynidir. Bu zülmkarların, Qəzza xalqını heyvan adlandırıb hamısını öldürmək istəyənlərin qarşısında təhlükəni yaxşı anlamalıyıq və bilməliyik ki, bizə nə vəzifə düşür.
«Vəhdət» bizim hamımızın ilk vəzifəsidir, heç kimin aramızda ixtilaf yaratmasına imkan verməməliyik, heç kimin rəhbərlik və İslam hakimiyyətinə qarşı şayiələr yaymasına və yalanlar söyləməsinə icazə verməməliyik.
Mümkündür bir şiə alimindən və ya bir sünni alimindən sui-istifadə edərlər, fərqi yoxdur, onlar istəyir ki, öz məqsədlərinə çatmaq üçün bizlərdən ixtilaf yaratmağa və öz hədəflərinə nail olmağa alət etsinlər. Vəhdəti qorumalıyıq, diqqətli olmalıyıq ki, hamımız inqilabın rəhbəri ətrafında birləşək, əsas mehvər odur.
Böyük rəhbərin Gülüstan ustanında nümayəndəsi Ayətullah Nurmufidi cənablarının xidmətlərini dəyərləndirək ki, inqilabın ilk günlərindən etibarən, Sünni icması ilə dürüst əlaqələr quraraq həmin bölgədə şiə və sünni arasında vəhdət yaratmaqla mühüm rol ifa etmişdir.
O, oradakı şiələrə göstərdiyi qayğı ilə eyni diqqəti Türkmənsəhra ərazisindəki insanlara da göstərir. Bu baxımdan, o, rəhbərin nümayəndələri arasında misilsizdir və onun qədrini bilməli, sağlamlığı və uzun ömrünü diləməliyik. Eyni zamanda, o bölgədəki Sünni alimləri də diqqətli və irəliləyici davranışları ilə təqdirə layiqdirlər.
Hər halda zəruri məsələlərə diqqət yetirək, heç kimin aramızda ixtilaf yaratmasına imkan verməyək, hər kəs ixtilaf yaysa, bilin ki, o şeytandır, bilin ki, o, Amerikanın əlində olan bir alətdir, bu məsələ barədə heç bir şübhə yoxdur.
17 mehr 1403
2024-cü il 8 oktyabr