Seyyid Həsən Nəsrullahın şəhadəti
24 November 2024
05:52
۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-rahmənir-rahim
Həzrət Ayətullah Fazel Lənkəraninin müqavimət Seyyidinin şəhadəti münasibəti ilə başsağlığı peyğamı; Seyyid Həsən Nəsrullah
Xəbərin xülasəsi
Qəddar İsrail rejimi bilməlidir ki, belə bir böyük cinayəti törətməklə öz fəlakətinin başlanğıcını qoydu və özünün məhvi və çöküşünü sürətləndirdi.
بسم الله الرحمن الرحيم
مِنَ المُؤمِنينَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللَّهَ عَلَيهِ فَمِنهُم مَن قَضى نَحبَهُ وَمِنهُم مَن يَنتَظِرُ وَما بَدَّلوا تَبديلًا
Müqavimətin iftixarlı seyyidi, Hizbullahın dəyərli rəhbəri, Seyyid Həsən Nəsrullahın (rəhmətullahi əleyh) şəhadəti, İslam və İmam Hüseynin (əleyhissalam) müqəddəs məktəbinə ürək bağlayan hər kəs üçün, eləcə də dünya kafirləri və zalım və qaniçən İsrail rejimi qarşısında müqavimət göstərənlər və bütün mücahidlər üçün olduqca təəssüflü və kədərlidir.
Bu böyük şəxsiyyət, İslam, Livan və Fələstin tarixində 30 ildən çox böyük nailiyyətlər qazandı və bu yolda canını fəda edərək, Allahın kəlamını dünyada ucaldmaq üçün qeyri-adi bir əzmlə mübarizə apardı. Nəhayət, Allahın görüşünü və şəhidlik arzusunu gerçəkləşdirərək, şəhidlər cərgəsinə qoşuldu.
Bu böyük şəhidin yolu şübhəsiz ki, davam edəcəkdir. Bugünkü Hizbullah döyüşçüləri və dünyanın hər yerindəki müqavimət yolunun davamçıları bu yolu daha güclü addımlarla davam etdirəcəklər.
İsrailin zalım rejimi bilməlidir ki, belə bir cinayətlə öz taleyini möhürləyib və özünün məhvini daha da sürətləndirdi.
Bu şəhadəti, İmam Zamanın (əccəlallahu fərəcəhuş-şərif) müqəddəs hüzuruna və müqavimətin böyük lideri, İslam inqilabının rəhbərinə və böyük təqlid mərcələrinə (əzzəmətləri daim olsun), qeyrətli və müqavim Livan xalqına başsağlığı verirəm.
Ümid edirəm ki, Allah-taala Muhəmməd (sallallahu aləyhi və alihi) və onun pak ailəsinin (sallallahu aləyhi və alih) xatirinə bu şəhidin və digər müqavimət şəhidlərinin qanını, zalım Səhyunist rejiminin sona çatması ilə alar.
Məhəmmədcavad Fazil Lənkərani
07/07/1403