Həzrət imam Hadi əleyhissəlamın şəhadəti

07 January 2025

00:40

۴۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il, rəcəb ayının 3-ü, miladi 2025-ci il yanvarın 4-ü məşhur nəzərə əsasən, vilayət və imamət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1446-cı il, rəcəb ayının 3-ü, miladi 2025-ci il yanvarın 4-ü məşhur nəzərə əsasən, vilayət və imamət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk. 

Ümid edirik Əhli-beyt məktəbinin davamçıları o həzrətin ziyarətindən məhrum qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih) təsəlli və onların qəm-qüssələrinə şərik olsunlar, inşa Allah.

Məşhur nəzərə əsasən həzrət imam Əli ibn Muhəmməd Əl-Hadi (əleyhiməssəlam) 212-ci hicri qəməri zil-hiccə ayının 15-i müqəddəs Mədinə şəhəri yaxınlığında Sər`a adlı bir məntəqədə dünyaya gəlmişdir.

Əziz atası həzrət imam Muhəmməd Təqi (əleyhissəlam) və hörmətli anası Səmanəye Məğribiyyədir.

Hicri qəməri 220-ci ildə atası həzrət Cavadın (əleyhissəlam) şəhadətindən sonra imam Hadi əleyhissəlam əziz atası kimi təqribən səkkiz yaşında imamət məqamına çatmış və imamət dövrü təqribən 33 il davam etmişdir.

Abbasi xəlifəsi Mutəvəkkil imam Hadi əleyhissəlamın Mədinədə şöhrət və nüfuzunun artmasına mane olmaq və o Həzrəti nəzarət altında saxlamaq məqsədilə hicri qəməri 233-cü ildə (bəzi nəqllərə əsasən, 243-cü ildə) həzrət Əli ibn Muhəmmədi (əleyhiməssəlam) Samirra şəhərinə gətirmiş və orada xəlifənin əsgərlərinin yerləşdiyi bir məkanda onun üçün mənzil təyin etmişdir.

Mərhum Şeyx Mufidin yazdığını əsasən, həzrət Hadi əleyhissəlam 20 il 9 ay müddətində Samirrada qaldıqdan sonra hicri qəməri 254-cü il rəcəb ayının 3-də 41 yaşında ikən Abbasi xəlifəsi Mutəzzin zamanında zəhərlənmiş və şəhadətə çatmışdır.

Samirrada, yaşadığı evdə dəfn edilmişdir. Abbasi xəlifəsi dəfn mərasiminə çatmazdan əvvəl həzrət imam Həsən Əskəri (əleyhissəlam) əziz atasının meyit namazını qılmışdır.

Hazırda həzrət imam Hadi və imam Həsən Əskərinin (əleyhiməssəlam) müqəddəs məzarları Samirra şəhərində Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinin mərkəzi kimi məşhurdur.

Həzrət Hadi əleyhissəlamın dürəfşan kəlamlarından 

اٍنَّ اللهَ جَعَلَ اَلدُّنیا دارَ بَلوی وَالآخِرَةَ دارَ عُقبی وَ جَعَلَ بَلوَی الدُّنیا لِثَوابِ

 الآخِرَةِ سَبَباً، وَ ثَوابَ الآخِرَةِ مِن بَلوَی الدُّنیا عِوَضاً 

“Allah taala dünyanı xoşagəlməz və bəlalı hadisələr mənzili və Axirəti əbədi yaşamaq üçün ev təyin etmişdir. Eləcə də dünyanın bəlasına dözməyi Axirətin savabını qazanmaq üçün səbəb təyin etmişdir; Axirətin savabı dünyanın bəlalarının və ağır hadisələrinin əvəzidir.”


Mənbə: Əlamud-din, səh. 512



Etiketlər :

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti