Azari

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

20 February 2025

15:30

۲۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il rəcəb ayının 15-i, miladi 2025-ci il yanvarın 16-ı Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1446-cı il rəcəb ayının 15-i, miladi 2025-ci il yanvarın 16-ı Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür.

 Həzrət Əlinin (əleyhissəlam) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) qəm, qüssə, hüzn və müsibətlə qocalan bu dözümlü və istiqamətli qızı, tarixdə həzrət Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adları yaşadıqca yaşayacaqdır.

Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin reyhanəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini Əhli-beytin (əleyhimussəlam) hüzuruna, xüsusən ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib və layiqli əməl, rəftar və həyat arzulayırıq.

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) əziz atası imam Əli ibn Əbi Talib (əleyhiməssəlam), mehriban və sevimli anası Xanım Fatimei- Zəhra əleyhasəlamdır.

Xanım Zeynəb əleyhasəlam hicrətin 6-cı ilində müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir.

Həzrət Zeynəbin (əleyhasəlam) coxsaylı ləqəbləri vardır ki, onların hər biri bu böyük və əzəmətli insanın xüsusi bir fəzlət və məqamına işarədir, ən məşhur ləqəblərindən bəziləri bunlardır:

Əqiləye Bəni Haşim, Alimətun qeyrə muəlləmə, Fəhimətun qeyrə mufəhhəmə, Arifə, Muvəssəqə, Fazilə, Kamilə, Abidəye Ali Əli, Siddiqeye Suğra, Məsuməye Suğra, Naibətuz-Zəhra (ə), Naibətul-Husəyn (ə), Şərikətuş-Şuhəda, Bəliğə, Fəsihə, Şərikətul-Husəyn (ə), Məhbubətul Mustəfa (s)...

Həzrət Zeynəb (əleyhasəlam) həyatda bir çox çətinliklər ilə üzləşdiyi üçün ona Ummul-Məsaib ləqəbi verilmişdir; Hələ uşaq yaşlarında Kəramətli babası həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) və az sonra mehriban anasını itirmişdir. Təqribən 44 yaşında əziz atası Əmirəl-möminin əleyhissəlam və 55 yaşında istəkli qardaşı həzrət imam Həsən əleyhissəlamın şəhadətinin şahidi olmuşdur.

 Hicri-qəməri 62 ci ildə Kərbəla vaqeəsini öz gözləri ilə görmüş və bu böyük qəm-qüssəli hadisənin, o cümlədən, həzrət imam Huseyn əleyhissəlamın və Bəni-Haşim cavanlarının, həmçinin öz iki oğlunun şəhadətinin şahidi olmuşdur. Sonra əsir halında, Kufə və Şam şəhərlərinə aparılmış və təqribən Kərbəlanın acı vaqeəsindən bir il yarım keçdikdən sonra şəhadətə yetmişdir.


Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı