Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın təvəllüd günü

28 March 2025

10:09

۶۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il şəban ayının 5-i, miladi 2025-ci il fevralın 4-ü imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Zeynul-Abidin Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

Hicri-qəməri 1446-cı il şəban ayının 5-i, miladi 2025-ci il fevralın 4-ü imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Zeynul-Abidin Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür.

 Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Məhdi Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və İlahi tövsiyələrə əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.

Həzrət imam Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlam həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytindən olan 4-cü Məsum imamdır.

Əziz atası həzrət Huseyn ibn Əli (əleyhiməssəlam) və məşhur nəqlə əsasən hörmətli anası İran şahzadəsinin qızı Şəhribanu olmuşdur.

Həzrət Səccad əleyhissəlam hicri qəməri 38-ci ildə müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. Hicri 61-ci il məhərrəm ayının 10-da əziz atası həzrət imam Huseyn əleyhissəlam Kərbəla vaqeəsində şəhid olduqdan sonra, olduqca tarixin ağır və sıxıntılı dövründə həzrət Səccad əleyhissəlamın imamət dövrü başlanmış və təqribən 34 il (61-95 q) davam etmişdir.

Həzrətin məşhur kunyələrindən Əbu Muhəmməd, Əbul Həsən və Əbul Huseyn, eləcə də ləqəblərindən Zeynul-Abidin, Seyyidus-Sacidin, Səccad adlarını saymaq olar.

Həzrət imam Səccad əleyhissəlamın “Səhifei-Səccadiyyə”, “Risalətul-huquq”, “Əbu Həmzəi-Sumali duası” və Şam vilayətində bəyan etdiyi məşhur xütbəsi İslam maarifinin möhtəşəm inciləridir.

Həzrət Zeynul-Abidin əleyhissəlamın imamət dövründə baş vermiş hadisələrdən Kərbəla vaqeəsindən sonra Əhli-Beyt əleyhimussəlamın Kufə və Şam şəhərlərinə əsir aparılması, “Hərrə vaqeəsi”, müqəddəs Kəbənin Yezidin əsgərləri tərəfindən yandırılması, “Təvvabin qiyamı” və Muxtarın qiyamını qeyd etmək olar.

Həzrət Səccad əleyhissəlam imamət dövründə Bəni Uməyyə hakimlərindən, Yəzib ibn Muaviyə, Abdullah ibn Zubeyr, Muaviyə ibn Yəzid, Mərvan ibn Həkəm, Əbdulməlik ibn Mərvan və Vəlid ibn Əbdulməlikin xilafəti ilə müsadif olmuşdur.

Həzrət Səccad əleyhissəlam hicri 95-ci ildə təqribən 57 yaşında Vəlid ibn Əbdulməlikin göstərişi ilə şəhadətə çatmış və müqəddəs məzarı Mədinə şəhərində, Bəqi qəbiristanındadır.

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:

"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ‏ زَيْنُ‏ الْعَابِدِينَ‏ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف‏"

“Qiyamət günü bərpa edilən zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]

Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Bu şərəfli hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.



[1] “İləluş-şəraye”, mərhum Şeyx Səduq, cild-1, səh. 230


Etiketlər :

Həzrət imam Zeynul-Abidin Əli ibn Huseyn əleyhiməssəlamın viladətit