Şəbaniyyə salavatı

28 March 2025

11:53

۵۴

Xəbərin xülasəsi :
Şəban ayının hər günü, zəval (şər`i günorta) vaxtı və (bu ayın 15-ə keçən) gecəsində həzrət Zeynul-Abidindən (əleyhissalam) rəvayət olunan dua
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəbaniyyə salavatı

Şəban ayının hər günü, zəval (şər`i günorta) vaxtı və (bu ayın 15-ə keçən) gecəsində həzrət Zeynul-Abidindən (əleyhissalam) rəvayət olunan bu duanı oxu:

اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ، وَمَوضِعِ الرِّسالَةِ، وَمُخْتَلَفِ الْمَلائِكَةِ، وَمَعْدِنِ الْعِلْمِ، وَأَهْلِ بَيْتِ الْوَحْىِ . اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الْفُلْكِ الْجارِيَةِ فِى اللُّجَجِ الْغامِرَةِ، يَأْمَنُ مَنْ رَكِبَها، وَيَغْرَقُ مَنْ تَرَكَهَا، الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ، وَالْمُتَأَخِّرُ عَنْهُمْ زاهِقٌ، وَاللَّازِمُ لَهُمْ لاحِقٌ 

Allahım! Peyğəmbərlik ağacı, risalət kürsüsü, mələklərin gəliş-gediş yeri, elm mədəni və vəhyin Əhli-Beyti  olan Muhəmmədə və Muhəmmədin ailəsinə salavat göndər. İlahi! Muhəmməd və Muhəmmədin ailəsinə salavat göndər; (Onlar) dənizlərin dərinliklərində üzən gəmi, ona sığınan amanda qalar, onu tərk edən (dəryada) qərq olar; Onlardan qabağa keçən dindən dönər, onlardan geri qalan yolunu azar, onlara mültəzim olan haqq yolunda onlarladır.

اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الْكَهْفِ الْحَصِينِ، وَغِياثِ الْمُضْطَرِّ الْمُسْتَكِينِ، وَمَلْجَإِ الْهارِبِينَ، وَعِصْمَةِ الْمُعْتَصِمِينَ . اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلاةً كَثِيرَةً تَكُونُ لَهُمْ رِضاً، وَ لِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ أَداءً وَقَضاءً بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ يَا رَبَّ الْعالَمِينَ . اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الطَّيِّبِينَ الْأَبْرارِ الْأَخْيارِ، الَّذِينَ أَوْجَبْتَ حُقُوقَهُمْ، وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلايَتَهُمْ.

Allahım! Muhəmməd və Muhəmmədin ailəsinə salavat göndər; (Onlar) acizlərə möhkəm pənahgah, çarəsizlərin fəryadına çatan, fərarilərə sığınacaq, kömək istəyənlərin köməyinə çatan.

İlahi! Muhəmməd və Muhəmmədin ailəsinə salavat göndər; Onları razı salacaq və Muhəmmədin və Muhəmməd ailəsinin haqqını yerinə yetirmək üçün bizə imkan verəcək çoxlu salavat göndər; Sənin qüdrətin və köməkliyinlə, ey aləmlərin Rəbbi!

Allahım! Haqqını qorumağı hamıya vacib etdiyin, itaətini və vilayətini riayət etməyi hamıya lazım bildiyin, pak, xeyirxah və əməlisaleh olan Muhəmməd və Muhəmmədin ailəsinə salavat göndər.

اللّٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاعْمُرْ قَلْبِى بِطاعَتِكَ، وَلَا تُخْزِنِى بِمَعْصِيَتِكَ، وَارْزُقْنِى مُواساةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ؛ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ فَضْلِكَ، وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ، وَأَحْيَيْتَنِى تَحْتَ ظِلِّكَ، وَهٰذا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ شَعْبانُ الَّذِى حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ الَّذِى كانَ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ يَدْأَبُ فِى صِيامِهِ وَقِيامِهِ فِى لَيالِيهِ وَأَيَّامِهِ بُخُوعاً لَكَ فِى إِكْرامِهِ وَ إِعْظامِهِ إِلىٰ مَحَلِّ حِمامِهِ .

Allahım! Muhəmməd və Muhəmmədin ailəsinə salavat göndər; Sənə itaət etməklə qəlbimə qüvvət ver, Sənə asi olmaqla məni rüsvay etmə, bütün bunları mənim ruzim və öz ruzisindən məhrum etdiyin kəsin himayəsini mənə nəsib et; Çünki Sən mənə öz lütfünü bəxş etdin, ədalətini mənə yetirdin və məni Öz rəhmətinin kölgəsində yaşatdın.

Bu, Sənin rəsullarının seyyidi olan Peyğəmbərinin ayı, Şəban ayıdır ki, onu Öz rəhmət və razılığınla əhatə etdin, hansı ki, Allahın Rəsulu  (sallallahu əleyhi və Alih) ömrünün sonuna qədər, ancaq Sənin qarşında təslim olmasını və itaətini göstərmək və bu ayın əzəmətini qorumaq üçün çalışaraq gecələrini ibadət edər və gündüzlərini oruc tutardı.

اللّٰهُمَّ فَأَعِنَّا عَلَى الاسْتِنانِ بِسُنَّتِهِ فِيهِ، وَنَيْلِ الشَّفاعَةِ لَدَيْهِ . اللّٰهُمَّ وَاجْعَلْهُ لِى شَفِيعاً مُشَفَّعاً، وَطَرِيقاً إِلَيْكَ مَهْيَعاً، وَاجْعَلْنِى لَهُ مُتَّبِعاً حَتّىٰ أَلْقاكَ يَوْمَ الْقِيامَةِ عَنِّى راضِياً، وَعَنْ ذُنُوبِى غاضِياً، قَدْ أَوْجَبْتَ لِى مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ، وَأَنْزَلْتَنِى دارَ الْقَرارِ وَمَحَلَّ الْأَخْيارِ.

Allahım! Bu ayda onun yolunu tutmaqda və şəfaətinə nail olmaqda bizə kömək ol, İlahi! Onu mənim üçün şəfaətçi qəbul et, Özünə doğru aydın və geniş bir yol et və məni onun ardıcılı et, ta ki, Qiyamət günü məndən razı olduğun, günahlarımdan keçdiyin, rəhmət və razılığını mənə şamil etdiyin, məni Öz sevimli bəndələrinin yanında və əbədi mənzilgahında yer verdiyin halda Səni mülaqat edim! 

İltimas dua!


Etiketlər :

Şəban ayının hər günü zəval (şər`i günorta) vaxtı və (bu ayın 15-ə keçən) gecəsində həzrət Zeynul-Abidindən (əleyhissalam) rəvayət olunan dua