Şəban ayının on beşinin gecə və gündüzünün əməlləri

28 March 2025

10:59

۴۶

Xəbərin xülasəsi :
Şəban ayının 15-i islam tarixində böyük bayram edilir və bu günün və gecəsinin özünəməxsus əməlləri vardır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəban ayının on beşinin gecə və gündüzünün əməlləri

Şəban ayının 15-i islam tarixində böyük bayram edilir və bu günün və gecəsinin özünəməxsus əməlləri vardır. Bu əməllərin hər miqdarını yerinə yetirilmək üçün hədislərdə çoxlu tövsiyələr olunur, onlardan bəzilərinə aşağıda işarə edirik:

1-Qüsl etmək- günahların azalmasına səbəb olar;

2- Gecəni ibadətlə məşğul olub, ehya etmək;

3-Günahların bağışlanmasına səbəb olan imam Huseyn əleyhissəlamı ziyarət etmək; o həzrətin ən qısa ziyarəti belədir ki, hündür bir yerə qalxıb səmaya baxaraq Kərbəla torpağına tərəf (qibləyə) yönəlib bu kəlmələri desin: “Əssəlamu ələyk ya Əba Əbdillah! Əssəlamu ələyk və rahmətullahi və bərakətuh!” (üç dəfə bu ifadələri təkrar etsə daha yaxşıdır);

4-Həzrət imam Zamanın (əleyhissəlam) ziyarəti mislində olan duanı oxumaq:

Əllahummə bihəqqi ləylə­tina (hazihi) və məvludiha...”

Həmçinin, imam Sadiq  əleyhissəlamdan nəql olunan duanı oxumaq:

Əllahummə əntəl həyyul qəy­yumul əliyyul əzimul...”

Eləcə də həzrət Peyğəmbərin (salallahu əleyh və alih) bu gecədə oxuduğu dua:

Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik...”

(Məfatihul-cinan kitabında şəban ayının 15-i gecəsində oxunan dualar; həmin mənbəyə müraciət edə bilərsiz);

5-Komeyl duasını oxumaq;

6-Şəbaniyyə salavatları;

7-Günahların bağışlanması üçün və hacətlərin qəbul edilməsi üçün təsiri böyük olan: “Sübhanəllah”, Əl-Həmdulillah”, “Əllahu əkbər” və “Lə ilahə illəllah” zikrlərini yüz dəfə demək;

Həmçinin, bu gecə yerinə yetirilməsi müstəhəb olan namazlar da qeyd olunubdur ki, möminlər onların qaydalarını dua və munacat kitablarından, o cümlədən, “Məfatihul-cinan” kitabından əxz edə bilərlər...

Bütün Əhli-beyt (əleyhimussəlam) aşiqləri üçün şadlıq və səadət diləməklə bu əzəmətli gündən kamil faydalanmağı ümid edirik. 

İltimas dua!



Etiketlər :

Şəban ayının on beşinin gecə və gündüzünün əməlləri