İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”

28 March 2025

10:44

۴۹

Xəbərin xülasəsi :
Ayətullah Fazel Lənkəraninin Şəban ayının 15-i ərəfəsində Mərkəzi əyalətin bir qrup alim və xətibinin hüzurunda verdiyi açıqlamalar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”

أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ

“Allahın əmri gəldi, onu tələsdirməyin! O, pakdır və müqəddəsdir və O, onların Ona şərik qoşduqlarından uzaqdır.”

Sizi, Mərkəzi vilayətinin dəyərli vaizlərini, təbliğatçılarını və dəyərli din xadimlərini, mümkünat aləminin qütbü həzrəti Vəli Əsrin (Allah onun şərəfli gəlişini tezləşdirsin) səadətli mövludu münasibəti ilə təbrik edirəm.

Bu münasibətlə Qurani-Kərimin məhdəviyyət ayələrindən olan “Nəhl” surəsinin ilk nəcib ayəsini qısaca qeyd etmək istəyirəm.

Ayənin nazil olma səbəbi ondan ibarətdir ki, Peyğəmbər (s) kafirləri və müşrikləri xəbərdar edirdi ki, əgər Allaha itaət etməsəniz, cəzalandırılacaqsınız. Müşriklər soruşdular ki, bəs bu cəza haradadır? Bu cəzanın vaxtı o qədər təxirə düşmüşdür ki, onlar buna inana bilmirdilər və istehza ilə sual verirdilər. O zaman bu ayə nazil oldu, «أتی امر الله فلا تستعجلوه», Qiyamətin qopması o qədər dəqiq və yaxındır ki, sanki artıq gəlib çatmışdır! Bunda tələsməyin və tərəddüd etməyin, bu, Allahın bir gün qiyamətin olacağına dair qəti vədidir.

Mərhum Səduq bu nəcib ayənin ardınca “İkmalud-din” kitabında sənəd baxımdan “Səhihe ə`lai” olan bir rəvayəti zikr edir. O rəvayətdə deyilir:

«أَنَّ أَوَّلَ مَنْ يُبَايِعُ اَلْقَائِمَ جَبْرَئِيلُ(عَلَيْهِ اَلسَّلاَمُ)»

“İmam Zamanla (ə.c) beyət edən ilk şəxs Cəbraildir.”

Nə üçün ilk tabeçilik edən həzrət Cəbraildir? Ona görə ki, Allah-taalanın həzrət Peyğəmbərə (s) çatdırdığı bütün vəhy Cəbrailin vasitəsilə olmuşdur və Həzrətin zühuru zamanı da sanki gərək həmin məmuriyyəti Allah tərəfindən yerinə yetirsin və bütün ənbiya və övliyanın arzusu olan sonuncu vəsi və haqq olan Hüccətlə beyət etsin:

«يَنْزِلُ عَلَيْهِ فِي صُورَةِ طَيْرٍ أَبْيَضَ فَيُبَايِعُهُ، ثُمَّ يَضَعُ رِجْلاً عَلَى اَلْبَيْتِ اَلْحَرَامِ وَ رِجْلاً عَلَى اَلْبَيْتِ اَلْمَقْدِسِ»

“Cəbrail bir ağ quş surətində nazil olar və ona beyət edər, sonra bir ayağını Beytül-həramın üzərinə, digər ayağını isə Beytül-müqəddəsin üzərinə qoyar”. Sonra bütün şərq və qərbdə aydın eşidiləcək uca səslə  surətdə uca nida edəcək; «أتی امر الله فلا تستعجلوه». .

Bu zühur əsasında həzrət Hüccət (ə.c) “Allahın əmridir” və müqəddəs Quranda “Allahın əmri” xüsusi bir məna və məfhum daaşıyır. Allahın əmri, yəni Allahın iradəsi onda birbaşa dəxalət edir və şübhəsiz vaqe olacaqdır.

Quranda Allah əmrinin bir nümunəsi Qiyamətdir, digər bir nümunəsi də həzrət Hüccətin (ə.c) zühurudur. Məhz bu ayənin özü ona dəlalət edir ki, zühur zamanı da Qiyamətin gəlişi kimi məxfidir. Ona görə bəzi rəvayətdə buyurur, zühur Qiyamət kimi nagəhan və gözlənilmədən olacaq. Biz həmin bu ayədən belə nəticəyə gəlirik ki, zühurun zamanını heç kəs müəyyən edə bilməz.

Bəli, dünyada bir sıra hadisələr baş verir və insan bəzi dəlillərlə deyir ki, bu hadisələr yavaş-yavaş zühurun baş verməsində rol oynayır. Bizim etiqadımızla İslamın gəlişi və Peyğəmbərin (s) məbəsindən başlayaraq “Axiruz-zaman” başlanmışdır. Bu batil düşüncə bəzilərinin zehnində vardır ki, “Axiruz-zaman” inqilabdan sonra başlamışdır, yaxud “Axiruz-zaman”ın ilk başlanğıcı son yüz ildə və ya son on ildə olmuşdur.

Həzrəti Məhəmmədin (s) dünya həyatına çox az bir müddət qaldığını dediyi rəvayətə görə, “Axiruz-zaman”ın başladığını başa düşürük. Amma bu “Axiruz-zaman”dan indiyə qədər 1400 ildən çox keçir və mümkündür bundan sonra da min il, ya bir az aşağı, ya bir az çox keçəcəkdir.

Etdiyimiz ən böyük səhvlərdən biri də insanlara Qiyamətin yaxın olduğunu vəd etməkdir. Şübhəsiz, biz gərək intizar çəkənlərdən olaq. Müntəzir, yəni bu vaqeənin intizarında olmaq. Bu isə mümkündür indi baş versin, yaxud sonra. Lakin xalqa vəd vermək düzgün deyil, sonra bu vədi bəzi müctəhidlərə nisbət verilir. Sonra da bu sözlər şişirdilir və böyüyür.

Biz insanlara deməliyik ki, dünyada baş verən bu haqsızlıqlar və müharibələr, zühurun baş verməsinə zəmin hazırlaya bilər. Amma deyə bilmərik ki, zühurun baş verməsi yaxındır. Zühur “Allahın əmri” olaraq bəyan edilirsə, bu qədər deyə bilərik ki, Allahdan qeyrisi onun həqiqətindən xəbərdar deyil, çünki Allahın əmri yalnız Allah-taalanın əlindədir.

Biz gərək insanları həzrət Hüccətin (ə.c) bizdən, bir şiə, ya müsəlman, hətta adi bir insan olaraq intizarına uyğun dəvət etməliyik. Gərək deyək ki, Qeyb dövründə müntəzir olanların vəzifəsi nədir? Nə üçün həzrət Hüccətin imamətinə etiqadlı olanlar həzrət Peyğəmbərin (s) və Məsum imamların dövründə olan dindarlıqdan daha üstündür.

Düzdür, biz Məsum imamı yaxından görməyə nail olmamısıq, lakin o Həzrətə və onun zühuruna inanırıq, bu İlahi nemətlərdəndir. Ona görə o Həzrətin buyurduqlarını gözlərimiz önündə tutaq. İmamlarımızın bizdən istədiyi budur, nəinki çillə tutub o Həzrətin hüzuruna şərəfyab olmağa çalışaq. Əlbəttə, o Həzrəti görüb, ziyarətinə yetmək bizim böyük arzumuzdur, lakin bu hara və bu ki, insan bu zamanda vəzifəsi nədir, onu yerinə yetirmək hara?

İnsanların bir çox iqtisadi, mənəvi və sosial problemlərlə üzləşdiyi bir vaxtda, bizim bir din xadimi kimi borcumuz əvvəlkindən daha çox xalqın qayğısına qalmaq və onlara xidmət etməkdir. Şübhəsiz ki, İmam Zaman (əleyhissalam) bu məsələyə üstünlük verəcəkdir.

Görürsünüz, indi kimsə qızını ərə vermək istəsə, cehizi yoxdur, bir-iki övladı evdə işsizdir, özlərinin də övladını yedizdirməyə süfrəsi boşdur. Bu gün din xadimlərinin məsciddə fərz namazlarını qıldıqdan sonra əsas diqqəti bu olmalıdır: xalqın qayğısına qalmaq hər şeydən üstündür. Ziyarətgahların dirçəlişinə xidmət etmək də xalqa aid olduğu üçün eynidir. Ziyarətgahlarda xidmət etmək o deməkdir ki, siz ziyarət etməklə Allaha yaxınlaşmaq istəyən şəxs üçün zəmin və şərait yaradırsınız. Bu da çox böyük bir addımdır.


Məhəmmədə və onun pak ailəsinə salam olsun!


Etiketlər :

İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”