Azari

Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı

30 March 2025

18:01

۱۵

Xəbərin xülasəsi :
İlahi! Bu gün Sənin dostlarına məhəbbətli və düşmənlərinlə ədavətli olmağı və sonuncu Peyğəmbərinin şəriət və sünnətinə əməl etməyi mənə əta et; Ey peyğəmbərlərin qəlbinə ismət bəxş edən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مُحِبّا لِأَوْلِيَائِكَ وَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَنّا بِسُنَّةِ خَاتَمِ أَنْبِيَائِكَ يَا عَاصِمَ قُلُوبِ النَّبِيِّين

Əllahumməc`əlni fihi mu­hib­bən liəvliyaikə və mua­diy­yən liə`daikə, mustən­nən bisun­nəti Xatəmi ənbi­yaikə, ya asimə qulubin nə­biyyin.

İlahi! Bu gün Sənin dostlarına məhəbbətli və düşmənlərinlə ədavətli olmağı və sonuncu Peyğəmbərinin  şəriət və sünnətinə əməl etməyi mənə əta et; Ey peyğəmbərlərin qəlbinə ismət bəxş edən!

Duada işlədilən kəlmə və ifadələr:

Övliya ilə dostluq; Allah düşmənləri ilə düşmənlik; Peyğəmbərin sünnəsini[1] davam etdirmək; Peyğəmbərlərin qəlbinə ismət bəxş edən.

Duanın möminlərə sifariş və peyğamları:

1-İmanın ən möhkəm dəstəyi Allahın dostlarını sevmək, düşmənlərindən bizar olmaqdır; (Biharul-Ənvar, cild-69, səh. 243)

2-Din maarifində möminin rəftarının naməsinin sərlövhəsi Əli ibn ƏbiTalib (əleyhissəlam) ilə dostluq və məhəbbət etmək tanıtdırılır; (Əl-Mənaqib, səh. 66)

3-Qurani-Kərim: Muhəmməd (sallallahu əleyhi və alih) Allahın peyğəmbəridir və onunla olanlar kafirlər ilə amansız, lakin bir-biri ilə mehribandırlar. (Fəth surəsi, ayə 29)

4-Qurani-Kərim: Peyğəmbərin (sallallahu əleyhi və alih) əmr buyurduğunu qəbul edin və çəkindirdiyi hər bir şeydən uzaq olun və çəkinin. (Həşr surəsi, ayə 7)

5-Peyğəmbərlərin məsum olmaları səbəbi onlarının imanının olduqca möhkəm olmasıdır, məhs o cəhətdən onlar Allahın qəzəbinə və həlakətə səbəb olan günahın həqiqətini görmüşlər.

İlahi! Bu əziz və əzəmətli günlərdə şəriətin “təvəlli və təbərri” hökmünə möminlərin tam əməl etmələrində onlara kömək ol, Peyğəmbərin (sallallahu əleyhi və alih) həqiqi sünnəsinə vəfadar olub onları yerinə yetirməkdə möminləri müvəffəq et, Amin, ya Rabbil aləmin!

İltimas dua



[1] Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsi dedikdə məqsəd Həzrətin hədisləri, rəftar və əməlləri, eləcə də hüzurunda edilən bəzi əməlləri görüb, onların icrasını müşahidə edərək, onlara öz razılığını (imzasını) bildirməsidir.  

Qeyd edim ki, hazırda bəzi məzhəblər özlərini “sünni” (sünnəyə əməl edən) adlandırırlar. Bu adın onlara sidq edib-etməməsi ilə işim yoxdur, amma bu adlandırmadan belə məlum olur ki, onlar zahirən özlərini Peyğəmbər sünnəsinə əməl edən kimi tanıtdırırlar. Halbuki tarixi qaynaqları araşdırdıqda görürük ki, həqiqətdə o məzhəblər həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) heç olmasa 130-150 il sonra vücuda gəlmişlər, yəni o məzhəblərin baniləri belə, Peyğəmbərin nə özün görüblər, nə də onun zamanında yazılan səhifələrdən sünnəsini oxuyublar. Ona görə də onların dini baxışları və İslam hökmləri əsasən, Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından təqribən 80 -100 il zaman ötdükdən sonra bəzi müsəlmanların xatirəsində qalan hədislərə istinad edilibdir.


Etiketlər :

Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı